lat. inter – ara
Təbii səslər; ətraf mühit haqqında tamaşaçıya, yaxud dinləyiciyə əlavə məlumat verən, kadra və ya verilişə təbiilik gətirmək üçün istifadə olunan akustik element.
İ., bir növ, səsin «arxa plan»ıdır, ona bəzən «natura küyü» də deyilir. Televiziya çəkilişində İ., adətən, kameraya quraşdırılmış mikrofonla ayrıca səs cığırına yazılır. Pəncərəsi açıq otaqda çəkiliş zamanı küçədən eşidilən səslər İ.-ə misaldır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti