lat. verbalis – sözlü
İnformasiyanın sözdən istifadə etmədən ötürülmə üsullarının məcmusu.
Q-V.Ü.-in formalarına intonasiya, mimika, jestlər və s. daxildir. Bu cür kommunikasiya vasitələri auditoriyaya böyük təsir gücünə malikdir, odur ki televiziya jurnalistikasında onlara xüsusi əhəmiyyət verilir. Q-V.Ü.-in əsas «aləti» – insan bədənidir. Məhz bu səbəbdən ona çox vaxt «bədən dili» deyirlər.
Jurnalistika terminləri lüğəti1. Ucu şiş yazı aləti.
2. Yazı qabiliyyəti, üslub.
Misal: «Diləyim budur ki, hər gecə, hər gün, Sənin qələmindən inci tökülsün» (S.Vurğun).
3. Yazıçı və jurnalist peşəsinin simvolu.
Misal: «Ey zəhmətlərə qatlanan, ey sıxıntılardan usanmayan qələm arkadaşı!» (M.Ə.Rəsulzadə).
Jurnalistika terminləri lüğətiHeç bir qərəzi, pis niyyəti və ədavəti olmama.
Q. jurnalistlərin peşə davranışı qaydalarının mühüm prinsiplərindən biridir. Hətta ciddi səhvlərə, qanun pozuntularına yol verdikdə belə jurnalistin Q.-yi sübuta yetirilərsə, o, məsuliyyətdən azad edilə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMüəyyən dövriliklə kağız vərəqlərdə nəşr olunan mətbuat orqanı.
E.ə. 59-cu ildə Romada gündəlik hazırlanan Acta diurna («Gündəlik işlər») xəbər lövhələrini şərti olaraq «Q.-lərin əcdadı» hesab etmək olar. Lakin müasir qəzetlərə bənzəyən ilk belə nəşr 1631-ci ilin mayında Fransada işıq üzü görmüş La Gazette-dır. Q. termininin etimologiyası barədə müxtəlif fərziyyələr mövcuddur. Onun fransız sözü «gai» (zığ-zığ quşu), italyan sözü «gazza» (sağsağan), Aralıq dənizi sahilində qədim vilayət adı Qaza və Venesiyada xırda pul vahidi gazetta-dan yarandığı barədə ehtimallar var. Orta əsrlərdə Venesiyada satılan xəbər bülletenlərinin qiymətinin bir qazetta olduğunu nəzərə alaraq əksəriyyət sonuncu ehtimala üstünlük verir. Müasir Q.-lər ictimai-siyasi həyatın aktual məsələlərinə dair xəbər və şəkillərdən, təhlil yazılarından, ayrı-ayrı mövzularda (elm, iqtisadiyyat, mədəniyyət, idman, hüquq və s.) məqalələrdən, əyləncəli materiallardan, reklamlardan ibarətdir. İnternet yarandıqdan sonra Q.-lərin elektron variantları da hazırlanmağa başlayıb, XXI əsrin əvvəlində dünya iqtisadi böhranından sonra isə bir sıra qəzetlər, o cümlədən transmilli nəşrlər kağız üzərində çapını dayandıraraq yalnız elektron variantlarını saxlayıb. Q.-lərin dövriliyinə (gündəlik, həftəlik, aylıq), yayım dairəsinə (ümummilli, şəhər, rayon, universitet), əsas mövzusuna (ictimai-siyasi, hüquq, idman, təhsil, ədəbiyyat, reklam və s.), bir sıra digər xüsusiyyətlərinə görə təsnifatı aparılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiQəzetin hazırlanması və nəşri ilə məşğul olanların peşəsi.
Televiziya və radio yarananadək bütövlükdə jurnalistikanı Q. adlandırırdılar. Misal: «Qəzetçilik məsələsində Əli bəy Hüseynzadə yaşca özündən kiçik olan Əhməd Ağaoğlunun... mülahizə və məsləhətləri ilə hesablaşırdı» (V.Quliyev).
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiÇap kütləvi informasiya vasitələrinin hazırlanması və istehsalı ilə məşğul olan, istehsal prosesində istifadə edilən texnologiyaya görə jurnalistikanın digər növlərindən fərqlənən yaradıcılıq sahəsi.
Q.J. yaranma tarixinə görə jurnalistikanın ən qədim növüdür.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti