Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

qəzet kağızı

Tərkibində oduncaq küt­lə­sinin həcmcə çoxluğu ilə seçilən, nis­bətən yüngül, əsasən, qəzet-jurnal çapı üçün nə­zər­də tutulmuş kağız növü.

Q.K. oxu­yarkən gözü yormamaq üçün əksər hal­larda bo­zumtul, yaxud sarımtıl, bəzən ağ rəngdə olur. Çap materialı kimi onun davamlılığı və ömrünün uzunluğu tərki­bindəki sellü­lozdan, digər qatqılardan ası­lıdır. Bir çox göstəricilərinə, o cümlədən sıxlığına, ölçü­lərinə, hamarlılığına, istifadə sahələrinə görə Q.K. müxtəlif tiplərə bö­lünür; məs.: mətbəə kağızı yüksək çap üçün, ofset ka­ğızı – ofset çapı üçün və s. nəzərdə tutulub.

Jurnalistika terminləri lüğəti