slav. образ – sifət, üz
1. Xarici görünüş, sifət; məs.: obrazını dəyişmək.
2. Xarakter, tərz; məs.: həyat obrazı.
3. Obyektin optik, qrafik təsviri; məs.: kiminsə obrazını ekrana gətirmək.
4. Fəlsəfədə: insan şüurunda obyektin inikas forması və nəticəsi, bir şey haqda canlı görünən xəyali təsəvvür; məs.: unudulmaz obraz, kiminsə mediada fərqli obrazını yaratmaq.
5. Yaradıcılıq sahələrində: gerçəkliyin bədii əksi, ümumi ideyanın, həyat həqiqətinin açıqlanmasına xidmət edən konkret surət, təsvir.
Bədii O.-ın yaradılması – predmetin, hadisənin ən mühüm, xarakterik cəhətlərinin seçilərək əks etdirilməsi prosesidir. Bədii O. həm ağıla, həm də hislərə təsir edir; məsələn, bədii reklam O.-ı – reklam edilən şirkətin, malın hər hansı bir işarə (əşya, obyekt və s.), habelə real, yaxud xəyali surət vasitəsilə təsvir edilməsidir. Uğurlu bədii O. ideyanın, müəyyən keyfiyyətin «canlandırılmasına» və vizuallaşdırılmasına, hadisənin, reklam edilən firmanın və ya malın vizual cəhətdən yaddaqalan olmasına kömək edir.
6. İnformatikada: mühüm xassələri eyni olan obyektlər çoxluğu.
Jurnalistika terminləri lüğətilat. objectum – predmet
1. İnsan şüurundan asılı olmayaraq real mövcud xarici aləm, maddi varlıq.
2. Hər hansı şəxsin fəaliyyətinin, diqqətinin, fikirlərinin yönəldildiyi məqsəd, hədəf, hadisə.
3. Çəkiliş, araşdırma, təsvir üçün seçilmiş predmet, fakt, mövzu.
4. Proqramlaşdırmada, kompüter qrafikasında: virtual məkanda müəyyən xassələrə malik, üzərində əməliyyat aparılan element.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətilat. objectivus – obyektə aid olan
1. Fotoaparatda, videokamerada, digər optik cihazlarda təsvirin proyeksiyasını hər hansı səthə (fotomaterial, matrisa və s.) salan linza və ya linzalar dəstindən, bəzən güzgülərdən ibarət qurğu.
O. çəkiliş avadanlığında təsvirin keyfiyyətinin birbaşa asılı olduğu ən mühüm və mürəkkəb hissələrdəndir. Onların portret O.-i (portretlərin çəkilişi üçün), makroobyektiv (iriölçülü obyektlərin çox yaxından çəkilişi üçün), uzunfokuslu O. (uzaqdan çəkiliş üçün), qısafokuslu O. (çəkiliş bucağını genişləndirmək üçün) və bu kimi növləri var.
2. Obyektivlik nümayiş etdirən, qərəzli olmayan; məs.: obyektiv fikir.
Jurnalistika terminləri lüğətilat. objectum – predmet
Hadisələrin emosiyalara uymadan, qərəzsiz, faktların rəylərdən fərqləndirilərək işıqlandırılmasını tələb edən prinsip.
O. jurnalistikanın əsas prinsiplərindən biridir. Jurnalistin peşə etikasının beynəlxalq prinsiplərində (YUNESKO, 1983) deyilir: «Jurnalistin ən ümdə vəzifəsi obyektiv reallığı vicdanla əks etdirərək insanlara həqiqi və düzgün informasiya verilməsinə zəmanət yaratmaqdır». Azərbaycan jurnalistlərinin qurultayında qəbul olunmuş peşə davranışı qaydalarının ilk cümləsi də bu haqdadır: «Jurnalistikanın ali məqsədi həqiqəti yaymaqdır, O. isə əsas peşəkarlıq meyarıdır».
Həmçinin bax:
Jurnalistika terminləri lüğətirus. черкать – cızmaq
1. Əsas xüsusiyyəti hadisənin, mühitin, adamların həyatının qısa və dolğun təsvirini verməkdən ibarət olan publisistik janr.
2. Müəllifin bilavasitə gördüyü, şahidi olduğu real faktlardan, hadisələrdən bəhs edən kiçikhəcmli ədəbi əsər, jurnalist materialı.
Hekayədən fərqli olaraq oçerk həmişə faktiki həyat materialı əsasında yazılır. O.-lərin portret O.-i (şəxsin, ailənin, xalqın həyatına dair), problemli O. (bir problemin təsviri və öyrənilməsinə həsr olunmuş), yol O.-i (müəllifin səfərdə gördükləri barədə) və tarixi O. (tarixi faktların, hadisələrin təsvirindən ibarət) kimi növləri var.
3. Bir-biri ilə əlaqəli faktlara, hadisələrə, problemlərə, eyni məsələnin müxtəlif aspektlərinə həsr olunmuş məqalələr toplusu, əsər (bu mənada “oçerk” sözü, adətən, cəmdə işlədilir); məs.: “Ümumdünya tarixinə dair oçerklər”, “Azərbaycan ədəbiyyatı oçerkləri”.
Jurnalistika terminləri lüğətiing. off-line – xətdən kənar
Kompüter şəbəkəsi, telekommunikasiya sistemi, internetlə bağlantısı olmayan.
O. anlayışı ilk dəfə texniki termin kimi «digər avadanlıqlarla əlaqəsi olmayan elektron avadanlığın avtonom iş rejimi» mənasında ingilis lüğətlərinə daxil edilib, sonradan mənasını genişləndirərək başqa dillərə də keçib; məsələn, «O. media» dedikdə internetdən istifadə etmədən istehlakçıya çatdırılan ənənəvi kütləvi informasiya vasitələri (qəzet, jurnal və s.) nəzərdə tutulur. Əksər ölkələrdə termin tərcümə edilmədən istifadə olunur, lakin bəzi xalqların dilində onun qarşılığı yaradılıb. Türkiyədə bu termin «çevrim dışı» formasında işlədilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiing. offset – yığımdan kənar
Çap qəlibi üzərindəki rəngin maddi daşıyıcı (kağız, karton, vinil və s.) üzərinə birdəfəlik deyil, əvvəl rezin lövhəyə, oradan isə kağıza köçürülməsi yolu ilə çap üsulu.
O. XX əsrin əvvəllərində ixtira edilib, güzgü çapı texnologiyasından birbaşa çap texnologiyasına keçməyə imkan yaradıb. Bu üsul böyük tirajlı çap məhsullarının yüksək keyfiyyət və sürətlə hazırlanmasına imkan verir.
Jurnalistika terminləri lüğəti1. Əvvəllər qeydə alınmış mətbu nəşrin adının digər təsisçi tərəfindən xarici dilə tərcüməsi, yaxud yalnız adındakı sözlərin yerinin dəyişdirilməsi ilə fərqləndirilən ad.
2. Əvvəllər qeydə alınmış mətbu nəşrin adına simvol və ya simvolu ifadə edən söz əlavə etməklə fərqləndirilən ad.
Qanunvericilikdə eyniadlı mətbu nəşrlərlə yanaşı, O.A.-lı nəşrlərin də təsis edilməsinə icazə verilmir.
Jurnalistika terminləri lüğəti1. Kitab, qəzet, jurnal oxuyan, mütaliə edən şəxs.
2. Kitabxanaya üzv yazılmış, kitabxanadan istifadə edən şəxs.
3. Mətni tutuşdurub yoxlamaq üçün orijinalı və ya ilkin korrekturanı korrektora oxuyan köməkçi.
4. Dövri nəşrlərin daimi auditoriyasının üzvü.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiJurnalistin, yaxud kütləvi informasiya vasitəsinin üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsinə, dərc etdiyi və yaydığı materialların nəticəsinə görə auditoriya qarşısında daşıdığı cavabdehlik.
Medianın O.Q.M.-i Azərbaycan jurnalistlərinin peşə etikası prinsiplərinin I maddəsində əksini tapıb. Daimi oxucu auditoriyasını itirməmək, onun inamını qazanmaq və qorumaq üçün jurnalistlərdən bu prinsiplərə əməl etmək tələb olunur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiOxucunun (dinləyicinin, tamaşaçının) müəllifə, kütləvi informasiya vasitəsi redaksiyasına bilavasitə yazılı müraciəti.
Bu müraciətlərdə oxucuların (dinləyicilərin, tamaşaçıların) rəyləri, tələbləri, təklifləri, arzu və xahişləri əks olunur. Qanuna görə, redaksiya həmin məktublardan istifadə formasını seçməkdə sərbəstdir, xüsusi hallardan başqa, onları çapa, yaxud efirə verməyə məcbur edilə bilməz. Lakin bu məktublardan istifadə zamanı məzmunu təhrif edən ixtisarlar və redaktəyə yol verməməlidir. Bir sıra qəzet-jurnallar auditoriya ilə sıx əlaqələri olduğunu nümayiş etdirmək üçün O.M.-larından sitatlar gətirir, onları ayrıca rubrikalar altında səhifəyə çıxarır.
Jurnalistika terminləri lüğətiisv. ombudsman – kiminsə mənafeyini təmsil edən
1. İnsan hüquqlarının qorunması və vətəndaşların şikayətlərinə baxılması üçün xüsusi olaraq parlamentin seçdiyi və ya dövlət başçısı tərəfindən təyin edilmiş vəzifəli şəxs, müvəkkil.
Bir çox ölkələrdə müxtəlif sahələr, o cümlədən informasiya (media) məsələləri üzrə O.-lar fəaliyyət göstərir. İnformasiya məsələləri üzrə O.-lar dövlət orqanları tərəfindən informasiya azadlığı hüququnun pozulması hallarını araşdırır, pozuntuların aradan qaldırılması üçün təkliflər verir, hesabatlar hazırlayır.
2. Media qurumlarında jurnalistlərin peşə əxlaqı prinsiplərinə riayət etməsinə nəzarəti həyata keçirən, habelə oxucu (dinləyici, tamaşaçı) şikayətlərini araşdıran müstəqil və nüfuzlu şəxs, mütəxəssis.
O. redaksiyanın ştatına daxil edilə və ya müqavilə əsasında ştatdankənar fəaliyyət göstərə bilər.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti