1. Təşkilatın, onun rəhbərinin, cəmiyyətdə ictimai nüfuza və yüksək marağa malik insanların media ilə əlaqələrini həyata keçirən, buna görə məsuliyyət daşıyan şəxs.
M.K. mətbuat konfransları, digər bu tipli tədbirlərdə jurnalistlərin suallarını cavablandırarkən təmsilçisi olduğu təşkilatın, yaxud şəxsin mövqeyindən çıxış edir, onların adından bəyanatlar verir, qərarlarını və mühüm məsələlərə baxışlarını ictimaiyyətə çatdırır.
2. Bir sıra hallarda mətbuat xidmətinin rəhbəri.
Jurnalistika terminləri lüğətiJurnalistlərin peşə klubu.
Adətən, jurnalist təşkilatları və KİV tərəfindən peşə problemlərinin, mühüm ictimai-siyasi hadisələrin birgə müzakirəsi, korporativ tədbirlərin keçirilməsi, öz üzvlərinə müxtəlif növ xidmətlərin göstərilməsi üçün təsis edilir. M.K.-larında jurnalistlərin asudə vaxtının keçirilməsi və istirahəti üçün də şərait yaradılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiDövlət, kommersiya, siyasi, ictimai təşkilatların nümayəndələrinin, cəmiyyətdə ictimai nüfuza və yüksək marağa malik şəxslərin baş vermiş hadisəyə, onunla əlaqədar görülən tədbirlərə, yaxud yeni layihələrə dair məlumat vermək, münasibət bildirmək üçün mətbuat nümayəndələri ilə görüşü.
M.K., adətən, onu təşkil edən qurumun nümayəndəsinin bəyanatı ilə başlayır, sonra jurnalistlərin sualları cavablandırılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Hər hansı strukturun daxilində daimi fəaliyyət göstərən informasiya xidməti.
2. Beynəlxalq tədbirlər, konfrans və festivallar, idman yarışları, yüksək səviyyəli görüşlər zamanı yaradılan müvəqqəti informasiya xidməti.
Belə M.M.-lərinin əsas məqsədi tədbir keçirilən müddətdə jurnalistlərə əlverişli iş şəraiti yaratmaqdır.
3. Bax: mətbuat evi.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiMətbuatın özünütənzimləmə mexanizminin əsas elementlərindən biri kimi kütləvi informasiya vasitələri, jurnalist birlikləri tərəfindən, bəzi hallarda digər ictimai təsisatların da iştirakı ilə yaradılan qeyri-hökumət təşkilatı.
M.Ş.-nın başlıca məqsədi medianın dövlət tənzimlənməsinin aradan qaldırıldığı, media qanunvericiliyinin liberallaşdırıldığı şəraitdə KİV-in cəmiyyət qarşısında məsuliyyətini təmin etməkdir. Bu məqsədə nail olmaq üçün M.Ş. jurnalistlərin peşə etikası prinsiplərinə əməl etməsinə nəzarəti həyata keçirir, onların həmin prinsipləri pozması halları ilə əlaqədar şikayətlərə baxır və müvafiq qərarlar çıxarır, mətbuat işçilərinin peşə hazırlığının yüksəldilməsi, söz və mətbuat azadlığından sui-istifadə hallarının qarşısının alınması üçün tədbirlər görür. M.Ş.-nın eyni zamanda söz və mətbuat azadlığının qorunması kimi mühüm funksiyası da var. Bunun üçün şuralar müvafiq hesabatlar, təkliflər hazırlayaraq səlahiyyətli orqanlara təqdim edir, dövlət təşkilatları və ictimaiyyətlə KİV arasında etimadın möhkəmləndirilməsinə çalışır, jurnalistlərin cəlb olunduqları münaqişələrin məhkəməyəqədər həlli variantlarını axtarır. M.Ş. könüllülük prinsipi əsasında fəaliyyət göstərir. Şuraya daxil olan, yaxud onun fəaliyyətini dəstəkləyən media qurumları öz üzərlərinə M.Ş.-nın qərarlarına əməl etmək kimi öhdəlik götürür. Bu öhdəliklərdən kənara çıxanlara qarşı tətbiq olunan əsas cəza növü ictimai qınaqdır. Belə şuralar dünyanın əksər ölkələrində fəaliyyət göstərir, onlar beynəlxalq şəbəkələrdə birləşərək təcrübə mübadiləsi aparır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiAçıq şəkildə elan edilən və ictimailəşdirilməsi istənilən məlumat.
M.Ü.O.İ. ingilis dilində yaranmış «on the record» termininin (hərfi tərcüməsi – qeydə alına, hesabata salına bilən) Azərbaycan dilində qarşılığıdır. Bu termin, bir qayda olaraq, müsahibələrdə, jurnalistlərin iştirakı ilə keçirilən tədbirlərdə rəsmi şəxslər tərəfindən o halda işlədilir ki, həmin tədbirlərdə ictimailəşdirilməsi istənilən məlumatlarla yanaşı, geniş yayılması arzu edilməyən informasiya da səsləndirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiKonfidensial xarakter daşıyan və ictimailəşdirilməsi istənilməyən məlumat.
M.Ü.O.İ. ingilis dilində «off the record» termininin (hərfi tərcüməsi – qeydə alınmaqdan, hesabata salınmaqdan kənar) Azərbaycan dilində qarşılığıdır. Bu termini işlətməklə rəsmi şəxslər məhdud dairədə keçirilən görüşlərdə, müsahibələrdə verdikləri məlumatın müəyyən hissəsinin yayılmasını istəmədikləri barədə jurnalistləri xəbərdar edirlər: diktofonlar, mikrofonlar söndürülməli, qeyd aparılmamalıdır. Lakin M.Ü.O.İ., adətən, jurnalistə konkret məqsədlə ötürülür: ya rəsmi şəxs arada xüsusi etimad yaratmaq istəyir, ya da, əslində, media nümayəndəsinə həmin informasiyanı onun adı olmadan mətbuata çıxarmağı «təklif» edir. Qismən bu səbəbdən Qərbdə bir çox KİV-də «M.Ü.O.İ.» adı ilə sızdırılan məlumatlardan istifadəyə yol verilmir. Lakin təhqiqat jurnalistikasında belə informasiyanın xüsusi qiyməti var: o, jurnalistə faktlar arasında əlaqəni tapmağa, əlavə informasiya mənbələri axtarmağa kömək edir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Müəyyən ardıcıllıq və məntiqi əlaqəyə malik sözlərdən, cümlələrdən ibarət yazılı, yaxud şifahi nitq, başlanğıcı və sonu olan nitq parçası; məs.: çıxışın M.-i, sənədin M.-i, xəbərin M.-i.
2. Efirdə səs sırasının əsas növlərindən biri.
M. kadrarxası diktor nitqinə, dialoq və monoloqa, şərhə ayrılır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti