Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

işgüzar nüfuz

Şəxsin təsərrüfat fəaliyyəti ilə bağlı qabiliyyətinə, digər işgüzar keyfiy­yətlərinə görə cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda tutduğu mövqe.

İ.N., şərəfləyaqət anlayışları arasında konkret fərqlər olsa da, onlar əksər hallarda, o cümlədən normativ aktlarda birgə işlədilir, eyni cür qorunur. Qa­nunvericiliyə görə, təsərrüfat fəaliyyəti ­və s. funksiyaları barədə yan­lış məlumatların yayılması, haqsız rəqabət üsul və va­si­tə­lərindən istifadə olunması nəticəsində ­İ.N.-una zərər dəymiş şəxs bu zərərin maddi qaydada ödənilməsini, təkzib verilməsini məhkəmədə tələb edə bilər. İ.N.-a qəsd edən məlumat yaymış KİV informasiyanın doğruluğunu sübuta yetirə bilməsə, zərər­çəkənə cavab vermək imkanı yaratmalı, təkzib dərc etməlidir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

işıq dizaynı

İşıqlandırmanın estetik qav­rayış xüsusiyyətləri, funksionallıq, istifa­dəyə yararlılıq və səmərəlilik baxımından mühüm keyfiyyətləri nəzərə alınmaqla plan­laşdırılması və layihələndirilməsi; dizaynın bir növü.

İ.D. televiziya stu­diya­larının, pavilyonların və s.-nin vizual gö­rü­­nüşünə, çəkiliş keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

işıq filtri

İşıq selinin, yaxud spektrin bir hissəsinin qarşısını kəsmək, onu ayıraraq intensivliyini dəyişmək üçün istifadə ­olunan optik qurğu.

Belə filtrlər işıq effektləri yaratmaq, parlaqlığı azaldıb-artırmaq, işığı balanslaşdırmaq və s. məqsədlərlə tətbiq edilir. İ.F. işıq selinin istiqamətinə və düşmə bucağına təsir göstərmir, obyektivə və ya birbaşa kame­raya quraşdırılır. Elektron avadanlıqların çoxunda filtr rolunu xüsusi proqramlar yerinə yetirir.

Jurnalistika terminləri lüğəti