Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

filtr

fr. filtre < lat. filtrum – hərf. keçə

1. Mü­əyyən tezlikli siqnal, şüa və ya dalğaları keçirən, digərlərinin isə qarşısını alan ci­haz, şəbəkə. F.-lərin ən müxtəlif sahələrdə tət­biq olunan yüzlərlə növü var.

Jurnalistikada, əsasən, akustik və optik­­­ ­­F.-lərdən istifadə edilir. Akustik F.-lər səs siqnal­ları­nın, optik F.-lər işıq dalğalarının spektrini, intensivliyini, istiqamətini də­yi­şə bilir. İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı yeni elektron və rəqəmsal F.-lərin də meydana çıxmasına səbəb olub. Elektron F.-lər elektrik siq­nallarının, rə­qəmsal F.-lər isə rəqəmsal siq­nalların spek­trində lazımi komponentləri keçirir, qalan kompo­nent­lərin qarşısını kəsir.

2. İnfor­masiyanın çeşidlənməsi­nə, yalnız istifa­dəçinin müəy­yənləşdirdiyi ­me­­­­yarlara cavab verən məlu­matların verilənlər bazasından seçilib ekrana çıxa­rıl­ma­sına xidmət edən proqram təminatı, yaxud onun ele­men­­ti.

Məsələn, kompüter istifadəçisi belə F.-lərdən istifadə etməklə seçicilərin ümumi siyahısından məhz bir küçədə yaşayan adamların ad­larının ek­randa görünməsinə, qalanlarının isə hə­min F.-lər tərəfindən tutulub sax­lanmasına nail ola bilər. 

3. Məcazi mənada: in­for­masiyanın sərbəst yayılması, isteh­sal­çıdan istehlakçıya çatdırılması qar­şısında süni maneə, senzura.

4. Məcazi mənada: müs­bət seçim imkanı verən ciddi yoxlama, mənfi proseslərin inkişafı qarşı­sında sədd.

Jurnalistika terminləri lüğəti