lat. virtualis – mümkün, müəyyən şəraitdə mövcud ola bilən
Süni üsullarla və interaktiv multimedia vasitələri ilə yaradılan elektron gerçəklik, gerçəkliyin kompüter modeli.
İnsanda V.R. təsəvvürü onun duyğularına təsir göstərmək və bu təsirə cavab reaksiyası oyatmaqla, fiziki iştirak effekti yaratmaqla formalaşdırılır. Müxtəlif texniki vasitələr (eynək, dəbilqə, xüsusi ekranlar, səs qurğuları) həmin təsəvvürü gücləndirməyə xidmət edir. Terminə ilk dəfə fransız dramaturqu Antonin Artonun (Artuad) «Teatr və onun oxşarı» (1938) əsərində rast gəlinir. Kompüter texnologiyaları erasına qədər bu termin altında «reallıqda mövcud olmayan, amma müəyyən şəraitdə yarana biləcək» hal, vəziyyət nəzərdə tutulurdu. Kompüterdə ilk V.R. yaradan proqram isə ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun «Aspenin kino xəritəsi» (1977) adlı proqramı hesab edilir.
Jurnalistika terminləri lüğəti