Elektron materiallar, mətnlər və nəşrlərin toplanaraq saxlandığı informasiya resursu; virtual kitabxana. E.K. ödənişlı və ya ödənişsiz əsaslarla fəaliyyət göstərir, qapalı və ya açıq olur.
Qapalı E.K.-lara yalnız müəyyən təşkilatın üzvləri (məs.: universitet tələbələri, akademiya əməkdaşları), yaxud haqqı ödənilmək şərti ilə abunəçilər daxil ola bilərlər. Abunə yazılmadan istifadə üçün açıq pulsuz E.K.-lar da çoxdur, orada, əsasən, klassik əsərlər, elmi-populyar ədəbiyyat və s. saxlanılır.
Jurnalistika terminləri lüğətiMəzmunu yalnız elektron formatda və elektron daşıyıcılarda mövcud olan kütləvi informasiya vasitələri.
İlk E.KİV – radio, ənənəvi hesab olunan digər E.KİV isə televiziyadır. XX əsrin sonlarından etibarən bu anlayışın sərhədləri genişlənməyə, internet (informasiya portalları, saytlar və s.) də E.KİV-ə aid edilməyə başladı. Onların çap KİV-dən əsas üstünlüyü auditoriya ilə daha operativ əlaqə yarada bilmək, istehlakçıların bir neçə qavrayış orqanına eyni zamanda təsir göstərmək bacarığında, interaktivliyindədir. Kanadalı media mütəxəssisi Marşall Mak-Luen E.KİV-i insanların görmə və eşitmə orqanlarının «davamı» adlandırır. İnformasiyanın auditoriyaya çatdırılma formaları arasındakı fərqə baxmayaraq, E.KİV-in əsas fəaliyyət prinsipləri çap KİV-in fəaliyyət prinsipləri ilə üst-üstə düşür, jurnalistikada bütün peşə davranışı normaları onlara eyni dərəcədə şamil edilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiBir şəxsin digər şəxslərlə, qruplarla, təsisatlarla əlaqə yaradaraq informasiya mübadiləsi aparmasına imkan verən kütləvi kommunikasiya vasitələrinin cəmi.
Daha bəsit formada: E.M. – videomətn, audiomətn, interaktiv terminallar, multimedia sistemləri, multimedia təqdimatları, slayd təqdimatları və s.-dən ibarətdir. Onlardan yalnız yeni media deyil, ənənəvi media da istehsal prosesinin müxtəlif mərhələlərində fəal istifadə edir. E.M. anlayışının tutumu «elektron KİV» termininə nisbətən geniş olsa da, bir sıra hallarda onlar sinonim kimi işlədilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiYalnız elektron formatda və elektron daşıyıcılarda mövcud olan qeyri-dövri, yaxud dövri nəşr.
Qeyri-dövri E.N.-lərə kitablar, hesabatlar, referatlar, seminarların materialları və s. misal ola bilər. Dövri E.N.-lər dedikdə isə, əsasən, elektron qəzet və jurnallar nəzərdə tutulur. İdeya, forma və məzmunca, fəaliyyət prinsiplərinə görə onlar ənənəvi qəzet və jurnallardan az fərqlənir. Lakin dövri E.N.-lərin tirajı olmur, oxucular onlara internet vasitəsilə çıxış əldə edirlər. Belə qəzet və jurnallar həm də interaktivliyi, operativliyi ilə seçilir. Dünya jurnalistikasında ənənəvi qəzet və jurnalların E.N.-lərlə əvəzlənməsi tendensiyası sürətlənir. Çünki dövri E.N.-lər xeyli ucuz başa gəlir və kiçik məsrəflə daha geniş auditoriyaya çatdırıla bilir. Çox zaman belə nəşrlər abunə yolu ilə yayılır. Amma açıq E.N.-lər də az deyil.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnternet şəbəkəsində elektron məlumatların ötürülməsi və alınmasını təmin edən texnologiya, habelə bu texnologiya üzrə istifadəçilərə göstərilən xidmət növü.
Termin ingilis dilində «electronic mail» (email, e-mail) ifadəsinin hərfi tərcüməsindən yaranıb. Bir çox elementlərinə, o cümlədən istifadə etdiyi terminlərə (poçt, poçt qutusu, çatdırılma və s.), özəlliklərinə (sadəlik, etibarlılıq və s.), iş prinsipinə görə E.P. adi poçt sisteminə bənzəyir. Lakin E.P. adi poçtdan müqayisəolunmaz dərəcədə yüksək sürətlə işləyir, eyni zamanda çoxlu sayda ünvanla əlaqə saxlamaq imkanı verir və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnformasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunmuş yazılı məlumat.
Qanunvericiliyə görə, sənədin notarial qaydada təsdiqi və (və ya) dövlət qeydiyyatı tələb edildiyi hallar istisna olmaqla E.S. kağız daşıyıcıda sənədə bərabər tutulur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiİnternetdə elektron məktubların çatdırılmalı olduğu poçtu müəyyənləşdirən ünvan.
İlk E.Ü.-larda çox geniş və müxtəlif formatlar istifadə olunurdu. 1980-ci ildən bütün internet poçt ünvanları uçün vahid standart yaradıldı. E.Ü. bir-birindən @ işarəsi ilə ayrılan iki hissədən ibarətdir. Sol tərəf poçt qutusunun adını göstərir və çox vaxt istifadəçinin loqini ilə üst-üstə düşür. Ünvanın sağ tərəfi isə poçt qutusu yerləşən serverin domenini göstərir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətifr. elite – seçilmiş, ən yaxşı
Cəmiyyətin sosial strukturunda idarəçilik funksiyalarını yerinə yetirən, elmin və mədəniyyətin inkişafını təmin edən ən yuxarı təbəqə.
E. real hakimiyyət, idarəçilik və təsir mexanizmlərinə malik insanların bir-biri ilə əlaqəli, dayanıqlı işbirliyidir. Hər bir E. cəmiyyətin həyatında yeni davranış modellərinin (stereotiplərin) yaradılması prosesini reqlamentləşdirir. Strukturuna görə E. kənardan təsirlərə tam açıq (“demokratiyanın hakimiyyəti”), yaxud kənar müdaxilələrə tam qapalı (“avtoritar cəmiyyət”) ola bilər. E.-nın keyfiyyəti malik olduğu imtiyazlar və üstünlüklər fonunda öz mürəkkəb funksiyalarını yerinə yetirmək qabiliyyəti ilə ölçülür. Fəaliyyət sahəsinə görə siyasi, iqtisadi, elmi, mədəni, hərbi və s. E.-lar fərqləndirilir. KİV-in E.-larla, ilk növbədə, siyasi E. ilə qarşılıqlı münasibətləri, əsasən, medianın ictimai rəyə təsir gücü və cəmiyyətdə nüfuzundan asılıdır. Buna uyğun olaraq media ilə siyasi E.-nın münasibətləri müxtəlif modellər üzrə qurulur: lobbiçilik; konstruktiv dialoq; hakimiyyət orqanlarının və nümayəndələrinin KİV-in idarəçiliyində qismən iştirakı; korrupsiya; siyasi hakimiyyətin medianın fəaliyyəti üzərində tam nəzarəti və s.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiElmi araşdırmaların nəticələrini əks etdirən bitkin müəllif əsəri.
E.M. ilkin material, yaxud ümumi elmi mövzuya həsr olunmuş icmal formasında ola bilər. İlkin E.M.-də yeni araşdırma barədə məlumat verilir, eksperimentlər, onların nəticələri haqqında təhlillər yer alır. İcmal E.M. isə daha öncə çap edilmiş elmi informasiyanın ümumiləşdirilməsinə və qiymətləndirilməsinə həsr olunur. Bəzən E.M.-lərdə bu iki tip mətn birləşdirilir, onlar icmal və orijinal hissələrdən ibarət olur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğətiNəzəri və eksperimental elmi araşdırmaların nəticələrini, həmçinin tarixi sənədləri və əsərləri dərc edən mətbu orqan.
E.N.-lər ixtisaslaşmış jurnallardan, dövri məcmuələrdən, almanaxlardan və s.-dən ibarətdir. Onların arasında qəzetlərə az rast gəlinir – bunlar, bir qayda olaraq, elmi cəmiyyətlərin, dövlət orqanlarının nəşr etdiyi həftəlik, yaxud aylıq qəzetlərdir. E.N.-lərin auditoriyasını, əsasən, müxtəlif elm sahələrində çalışan peşəkarlar təşkil edir. Lakin bəzi elmi-kütləvi nəşrlər özlərinə böyük auditoriya toplayır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti