Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bulvar mətbuatı

Başlıca məqsədi məlu­matlandırmaq deyil, əyləndirmək olan və əsasən, küçələrdə, köşklərdə satılan qəzet­lər.

Yarandıqları illərdə (XIX əsrin ikinci yarısı) abunəçiləri olmadığı, məhz küçə­lərdə (bulvarlarda) satıldıqları üçün onlar belə adlandırılıb. B.M. ucuz, çoxtirajlı, ala­bəzək, sensasion olur, adətən, iri və rəngli manşetlərlə çıxır. Əksər hallarda B.M. terminini «sarı mətbuat»«tabloid» anla­yışlarının sinonimi kimi təqdim edirlər. Lakin tabloidlərdən fərqli olaraq B.M. formatdan asılı deyil. Eyni zamanda «sarı mət­buat» nümunələrinə uyğun gələn bü­tün xüsusiyyətləri özündə əks etdirməklə yanaşı, bulvar nəşrləri daha bəsit kontenti, əyləncəyə, şayiələrə daha çox meyilliliyi və keyfiyyətcə daha aşağı səviyyəsi ilə onlardan seçilir. Bu növ media məhsullarının yaradılması ilə məşğul olan KİV əmək­daş­larının fəaliyyət sahəsinə isə bulvar jurna­listikası deyilir.

Jurnalistika terminləri lüğəti

büro

fr. bureau < burat – mahud

Media orqanının eksklüziv və operativ xəbərlər toplamaq məqsədilə auditoriyanın maraq dairə­sində olan ölkələrdə yaratdığı nümayəndəlik, filial.

B.-nu daha çox böyük agent­liklər, televiziya şirkətləri, transmilli nəşrlər yara­dır. Adətən, onun əməkdaşları yerli jur­na­listlər arasından seçilir.

See also:

Jurnalistika terminləri lüğəti

brendinq

ing. brand - damğa

Brendin formalaşdırılması və dəstəklənməsi prosesi, habelə bu məqsədlə ardıcıl olaraq həyata keçirilən tədbirlər kompleksi.

Belə tədbirlər kompleksinə bazarın öyrənilməsi, imicin, bir müəssisənin məhsullarını (xidmətlərini) digərlərindən fərqləndirməkdə istehlakçılara kömək edən simvol, loqotip və sloqanın yaradılması, onların populyarlaşdırılması üçün müvafiq kommunikasiya vasitələrindən planlı şəkildə istifadə olunması daxildir. Beləliklə, B., faktiki olaraq, brendin idarə edilməsi deməkdir.

See also:

Jurnalistika terminləri lüğəti