Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bulud texnologiyası

Müxtəlif sistem­lər­də saxlanılan proqram və məlumatların yüksək sürətlə mübadiləsini və emalını həy­ata keçirərək onların vahid resurs şəklində istifadəsinə şərait yaradan texno­lo­giya.

İstifadəçi şəbəkədə axtardığı in­for­masiyanın toplanmasında və emalında iştirak edən avadanlıqlar kompleksinin da­xili strukturunu görmür, onun vahid server olduğunu düşünür. Əslində isə bu prosesə müxtəlif mərkəzlərdə, hətta qitələrdə ­yer­ləşən serverlər qrupu cəlb edilə və informa­siya onların yaratdığı «bulud to­­pası»nda emal oluna bilər. B.T.-nın struk­tur yaradan müxtəlif tipləri var. Elektron poçt xidməti də B.T.-na əsaslanır. Bu tex­­nologiyanın baş­lıca üstünlüyü onun ­çox­şaxəliyində, əhatə etdiyi resursların ge­­nişliyindədir.

Jurnalistika terminləri lüğəti