Nemətsə də gözəl şeir,
Şair olan qəm də yeyir.
Ömrü keçir bu adətlə,
Uğurlu bir səadətlə.
Görən məni nədir deyir:
Saçlarına düşən bu dən?
Şair, nə tez qocaldın sən!
Q a c a r: Bəs baş əymədiniz?
V a q i f: Əymədim, bəli!
Əyilməz vicdanın böyük heykəli...
V a q i f: Vicdan dedikləri bir həqiqətdir -
Beşiyi, məzarı əbədiyyətdir...
Q a c a r: Bəs zindan necədir, qaranlıq zindan?!
V a q i f: Soyuq məzara da zinətdir insan.
Ölüm sevinməsin qoy!.. Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər.
Şirin bir xatirətək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevilərək ölənlər...
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya.
Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın.
Cahanda hər hökmü bir zaman verir,
Dünən fərman verən bu gün can verir.
Söylə, nələr deyir bizə istiqbal?
Qalib gələcəkmi cahanda kamal?