Könlümə tək Kəbə etdim səni mən,
Sənsiz neylim qürbət eldə günü mən?
Sənsiz neylim Allahı mən, dini mən…
Azərbaycan, mənim tacım, taxtım oy!..
Oyanmazmı kor olası baxtım oy!..
Hanı məni gül qoynunda doğuran,
Xəmirimi göz yaşıyla yoğuran,
Beşiyimdə “laylay, balam” çağıran…
Azərbaycan, mənim baxtsız anam oy…
Neçə ildir həsrətinlə yanam oy…