Fəhlə, özünü sən də bir insanmı sanırsan?!
Pulsuz kişi, insanlığı asanmı sanırsan?!
"Ax, necə kef çəkməli əyyam idi.
Ondaki övladi-vətən xam idi..."
Rüşvət alırdıq azı-az, çoxu-çox.
Puldu, qızıldı, ya da şey, fərqi yox.
Əmr eləyirdik cibi tox, qarnı tox.
İndi nədir? Qoyma-haray, qorxhaqorx,
Xalqa ağır gün, bizə bayram idi.
"Ax, necə kef çəkməli əyyam idi"
Kim ki, insanı sevər, — aşiqi-hürriyyət olur,
Bəli, hürriyyət olan yerdə də insanlıq olur!