Reklam
Reklam
  • Heç kim heç kimin qəbrinə girməz. (Hind)
  • Atasız qız susuz dağ kimidir. (Kürd)
  • Su içdiyin bulağın gözünə daş atma. (Kürd)
  • Ağıza, dişə düşən söz məmləkətləri gəzər. (Kürd)
  • Kasıb özünü asmağa getdi, varlıların ipdən asıldığını gördü. (Kürd)
  • Bal oğurlayanın cəzasını arı özü verir. (Kürd)
  • Düşmənin qarışqa da olsa, yenə ehtiyatını gör. (Kürd)
  • Hər bir günahın içində qarğışa gedəcək bir yol var. (Kürd)
  • Çobanın könlü istəsə, təkədən süd sağar. (Kürd)
  • Ürək süfrədir ki, hər yetənin önündə açasan? (Kürd)
  • Deyirlər, sən ki yola çıxdın, qəza-bəla da yola çıxır. (Kürd)
  • Dəlilər dəli deyil, onlara inananlar dəlidir. (Kürd)
  • Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi. (Kürd)
  • Tülkü yeyə bilmədiyi üzümə “iylənib” deyər. (Kürd)
  • Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə. (Kürd)
  • Könlündəki bir dərd belindəki on yükdən ağırdır. (Kürd)
  • Çırağın kora, nağaranın kara faydası yoxdu. (Kürd)
  • İlanın balası zəhərsiz olmaz. (Kürd)
  • Adam kimi işlə, aslan kimi ye. (Kürd)
  • Özgə quzudan bizə qoç olmaz. (Kürd)