Reklam
Reklam
  • Kor tutduğunu buraxmaz. (Ləzgi)
  • Kor kora xox gələr. (Ləzgi)
  • Atası turşu yemiş, balasının dişi qamaşmış. (Ləzgi)
  • Kar iki dəfə gülər. (Ləzgi)
  • At olmayan yerdə eşşək də atdır. (Ləzgi)
  • Uşaqlı ev bazar, uşaqsız ev məzar. (Ləzgi)
  • Plov bişirməyə söz yox, düyü ilə yağ gərəkdir. (Ləzgi)
  • Aciz eşşəyə hər kəs minər. (Ləzgi)
  • Ara xəlvət olanda tülkü bəy olar. (Ləzgi)
  • Alçalıb qalmaqdansa, yüksəlib ölmək yaxşıdır. (Ləzgi)
  • Alim olmaq asandır, adam olmaq çətin. (Ləzgi)
  • Borc ilə çaxır içən iki dəfə keflənər. (Ləzgi)
  • Kəmağılın dili uzun olar. (Ləzgi)
  • Əcələ macal yoxdur. (Ləzgi)
  • Ağanın malı gedər, nökərin canı. (Ləzgi)
  • Olmayan canı Əzrayıl da ala bilməz. (Ləzgi)
  • Mənə düşmən olmayan qurd min il yaşasın. (Kürd)
  • Bağsız kənd, qoyunsuz yaylaq dəyəsi, hər zaman “mən-mən” deyən adam; üçü də bir işə yaramaz. (Kürd)
  • Ayının yeddi mahnısı var, hamısı da bir armudun üstündə. (Kürd)
  • Qurdun adı çıxıb, tülkü dünyanı dağıtdı. (Kürd)