- Heç kim heç kimin qəbrinə girməz. (Hind)
- Atasız qız susuz dağ kimidir. (Kürd)
- Su içdiyin bulağın gözünə daş atma. (Kürd)
- Ağıza, dişə düşən söz məmləkətləri gəzər. (Kürd)
- Kasıb özünü asmağa getdi, varlıların ipdən asıldığını gördü. (Kürd)
- Bal oğurlayanın cəzasını arı özü verir. (Kürd)
- Düşmənin qarışqa da olsa, yenə ehtiyatını gör. (Kürd)
- Hər bir günahın içində qarğışa gedəcək bir yol var. (Kürd)
- Çobanın könlü istəsə, təkədən süd sağar. (Kürd)
- Ürək süfrədir ki, hər yetənin önündə açasan? (Kürd)
- Deyirlər, sən ki yola çıxdın, qəza-bəla da yola çıxır. (Kürd)
- Dəlilər dəli deyil, onlara inananlar dəlidir. (Kürd)
- Tülkü aslanın yerinə keçdi, hər yanı viran etdi. (Kürd)
- Tülkü yeyə bilmədiyi üzümə “iylənib” deyər. (Kürd)
- Kasıb çörək dərdində, ağa kefdə, şənlikdə. (Kürd)
- Könlündəki bir dərd belindəki on yükdən ağırdır. (Kürd)
- Çırağın kora, nağaranın kara faydası yoxdu. (Kürd)
- İlanın balası zəhərsiz olmaz. (Kürd)
- Adam kimi işlə, aslan kimi ye. (Kürd)
- Özgə quzudan bizə qoç olmaz. (Kürd)