Reklam
Reklam
  • Yemək yeyəndə it də susur. (Gürcü)
  • Yaxşı ovçunun tüfəngi pas atmaz. (Gürcü)
  • Dinləyicin pisdirsə, yaxşı danışmağın nə faydası. (Gürcü)
  • Yaxşı atın arpasını artırarlar, pis atın qamçısını. (Gürcü)
  • Vicdanın dişi yoxdur, amma dişləyib-didir. (Gürcü)
  • Vicdan əzabı qamçıdan güclüdür. (Gürcü)
  • Üzü küləyə tüpürən adam öz üzünə tüpürər. (Gürcü)
  • Uşağınızı cəzalandırırsınızsa, axmaqsınız. (Gürcü)
  • Uşağa demə kökə verəcəksən, deyibsən, ver. (Gürcü)
  • Ulağı toya çağırdılar — su daşımağa. (Gürcü)
  • Tülkü öləndə də başını toyuq hininə tərəf çevirər. (Gürcü)
  • Təzə dost qazan, köhnəni də unutma. (Gürcü)
  • Tənbəl çoban sürünü uzaqdan qaytarar. (Gürcü)
  • Şirin dillə dağ maralını da sağmaq olar. (Gürcü)
  • Şeytanlar öz aralarında didişirlər, insanlarla vuruşanda birləşirlər. (Gürcü)
  • Şahın qəzəbinə gəlsən — xalqa üz tut, xalqın qəzəbinə gəlsən — qaç. (Gürcü)
  • Sözün düzü xoşa gəlməz, xoşa gələn də təkdənbir düz olar. (Gürcü)
  • Sirr olar iki nəfər arasında, üçüncü bildi — aləm bildi. (Gürcü)
  • Pişiyin başına kolbasa gurultuyla düşdü, dedi: "İlahi, məni həmişə belə ildırımlar vursun". (Gürcü)
  • Pis insan bütün insanların onun kimi olduğuna inanır. (Gürcü)