1. İş, məşğuliyyət, sənət. □ Sən oğluna nəsihət elə, getsin bir peşəyə yapışsın. (Ə.Haqverdiyev).
2. Adət, xasiyyət, vərdiş. □ Onun köhnə peşəsidir, getdiyi yerdə batıb qalar. (Ə.Haqverdiyev).
Həmçinin bax:
1. Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş. □ Peşəkar boksçu. Peşəkar cani.
2. İsim kimi: bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş adam. □ Peşəkarların boks yarışı.
3. İsim kimi: sənətkar. □ Kəndli qızıdır anam, bir peşəkardır babam. (B.Vahabzadə).
Həmçinin bax: