elm sözündəndir. Elmi kişi adı elmə aid, elmlə əlaqədar olan adam mənasını ifadə edir. Azərbaycan antroponimikasında tərkibində Elmi adının işləndiyi Elmidar (bax: ad – ELMİDAR), El- minaz (bax: ad – ELMİNAZ), Elmişah (bax: ad – ELMİŞAH) və s. kimi kifayət qədər mürəkkəb şəxs adı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiElmir kişi adı haqqında müxtəlif fikirlər mövcuddur. Azərbaycan antroponimikasına XX əsrin 40-cı illərindən daxil olmuş Elmir XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olmuşdur. Mənbələrdə Elmir kişi adının türk-slavyan mənşəli olması (el/il sözü ilə mir – dünya sözünün birləşməsi kimi), həmçinin türk-fars mənşəli (el/il sözü ilə əmir sözünün birləşməsi kimi) olub, elin əmiri, elin başçısı, elin rəhbəri mənalarını ifadə etməsi barədə məlumatlar da mövcuddur. Elmir kişi adının türk-fars mənşəli olması daha inandırıcıdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el sözü və ərəb. Murad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elmurad (bax: EL; MURAD) kişi adı elin muradı, arzusu mənalarını ifadə edir. Ailələrdə dünyaya göz açan övlada bu adı qoyan valideynlər onun dünyaya gəlişinin təkcə onların deyil, bütün yaxınların, əzizlərin arzusu, muradı olduğunu ifadə etmişlər. Məişətimizdə adın Elmuraz variantı da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və fars. nar sözlərinin birləşməsindən yaranmış şəxs adıdır. Keçmiş Sovetlər birliyində yaşayan türk xalqları, müsəlmanlar arasında olduğu kimi, Azərbaycanda da Elnar, eləcə də Elnara(ə) (bax: ad – ELNARƏ) uzun müddət dəbdə olan şəxs adlarından olmuşdur. Elnar (bax: EL; NAR) kişi adı elin odu, atəşi; elin işığı, gözəli anlamını ifadə edir. Elnar antroponimi bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və ərəb. nur sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elnur (bax: EL; NUR) kişi adı elin nuru, elin işığı mənalarını ifadə edir.
XX əsrin 70-ci illərindən bu günə qədər məişətimizdə geniş yayılmış kişi adlarındandır. Ümumiyyətlə, bu gün övladlara tərkibində el, ay, nur komponentlərinin işləndiyi mürəkkəb adların daha çox qoyulduğu müşahidə edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiel və oğlu sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. C.Cabbarlının çox məşhur “Oqtay Eloğlu” əsərinin qəhrəmanı Oqtayın təxəllüsündəndür. Eloğlu (bax: EL) kişi adı öz elinin, öz obasının oğlu, elinin dərdinə şərik olan, elini bəlalardan, gerilikdən qorumağa çalışan vətən oğlu anlamlarını ifadə edir. C.Cabbarlı da öz qəhrəmanını bu xüsusiyyətlərə malik bir şəxs olaraq yaratmış və xalqa sevdirə bilmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və çad sözlərinin birləşməsindən yaranmış şəxs adıdır. Elşad (bax: EL; ŞAD) kişi adı çox yüksək rütbəli hökmdar, sərkərdə anlamlarını ifadə edir.
Bu gün mövcud əksər izahlı lüğətlərdə nədənsə Elşad antroponimi elin şadlığı, elin şad olması kimi izah edilir. Bildiyimiz kimi, bir zamanlar türklərdə şad xaqandan sonra yüksək hərbi titul olmuşdur. Tarixdə Tərdüş Şad, Tolis Şad, Buri Şad kimi, Elşad antroponimi də, yəqin ki, bir zamanlar El Şad kimi işlənərkən adın daşıyıcısının yüksək rütbəli şəxs olduğunu ifadə edirmiş, sonradan müstəqil kişi adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən el və fars. çan sözlərinin birləşməsindən yaranmışdır. Elşən (bax: EL; ŞƏN) kişi adı eli, obası, şadyanalıq, şənlik içində olandır. XX əsrdə məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, bu gün müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti