Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELMURAD azərb.

mürəkkəb adların tərkibində işlənən el sözü və ərəb. Murad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elmurad (bax: EL; MURAD) kişi adı elin muradı, arzusu mənalarını ifadə edir. Ailələrdə dünyaya göz açan övlada bu adı qoyan valideynlər onun dünyaya gəlişinin təkcə onların deyil, bütün yaxınların, əzizlərin arzusu, muradı olduğunu ifadə etmişlər. Məişətimizdə adın Elmuraz variantı da mövcuddur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti