mürəkkəb adların tərkibində işlənən el və fars. nar sözlərinin birləşməsindən yaranmış şəxs adıdır. Keçmiş Sovetlər birliyində yaşayan türk xalqları, müsəlmanlar arasında olduğu kimi, Azərbaycanda da Elnar, eləcə də Elnara(ə) (bax: ad – ELNARƏ) uzun müddət dəbdə olan şəxs adlarından olmuşdur. Elnar (bax: EL; NAR) kişi adı elin odu, atəşi; elin işığı, gözəli anlamını ifadə edir. Elnar antroponimi bu gün də məişətimizdə geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti