büsat sözündən olub, müəyyən qayda və üsullarla tərtib edilmiş şənlik, məclis, bayram, təziyə, mərasim; təmtəraq, dəbdəbə, dəsgah anlamlarını ifadə edir.
Ailələrdə övladın dünyaya gəlişi əzizləri, yaxınları arasında əsl bayram, şənlik abhavası yaradır. Sevinən ailə üzvləri, yaxınlar, valideynlər də övlada bayram, dəsgah mənasını ifadə edən adlar qoyurlar. Azərbaycan antroponimikasında Büsat da bu qəbildən olan kişi adları sırasındadır. Büsat məişətimizdə müştərək şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəticabbar sözü dilimizə tərcümədə bir neçə yaxın məna ifadə edir: 1. Məcbur etmək, məcburən qəbul etdirmək; 2. Əzəmətli; 3.Qüdrətli, qüdrət sahibi, qadir. Cabbar kişi adı əzəmətli, qüdrət sahibi olduğundan istədiklərini qəbul etdirə bilən anlamını ifadə edir. Allahın məlum 99 adından biri də əl-Cəbbardır. Əl-Cabbar dilədiyini zorla məcbur etdirmə gücünə malik olan (Tanrı) mənasındadır.
Abdulcabbar kimi də işlənir. Adın daşıyıcılarından xanəndə, şair, musiqi xadimi, Azərbaycanın Xalq Artisti Cabbar Qaryağdıoğlu (əsl adı Cabbar Məşədi İsmayıl oğlu, 1868-1944) Azərbaycan Konservatoriyasının yaradıcılarından biri olmuşdur. Geniş diapazonlu gözəl tembri, güclü səsinə görə musiqi ictimaiyyəti onun səsini italyan müğənnisi E.Karuzo ilə müqayisə edirdi. “Şahsənəm” operasının yazılmasında R.Qliyerə kömək etmişdir. S.Yesenin Cabbar Qaryağdıoğlunun “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdı.
Azərbaycan şəxs adlarının izahlı lüğəticağatay/cığatay sözünün dilimizdə bir neçə mənası var: 1. Döyüşçü; 2. İgid, cəsur, qoçaq adam; 3. Dəvə, at kimi qüvvətli olan gənc.
Bəzi mənbələrdə qədim türklərin dini inanclarına əsasən qəbilə və tayfa başçılarını qoruyan ruh, Tanrı, tanrılar anlamını ifadə edən cığı/cıvı sözü ilə tay (burda: iki hissəyə bölünmüş tərəflərdən biri) sözünün birləşməsindən yarandığını göstərirlər. Lakin bir çox mənbələrdə Cağatay/Cığatay antroponiminin Kəngərli türk tayfasının bir qolunu təşkil edən Cığatay tayfasının adından yaranmış etnonim olduğu göstərilir. Antroponimin digər izahları da mövcuddur. Məlumdur ki, özbəklərin qədim dilindən və ədəbiyyatından söhbət gedərkən cığatay dili, cığatay ədəbiyyatı ifadələri işlədilir. Məşhur özbək şairi Əlişir Nəvai də cığatay dilində yazıb-yaratmışdır. Mənbələrdə həmin dil və ədəbiyyatın adının məşhur tatar-monqol hökmdarı Çingiz xanın ikinci oğlu Cığatayın (əslində Cağatay) adı ilə əlaqədar olduğu qeyd edilir. Çünki vaxtilə indiki Özbəkistan da daxil olmaqla, Cığatayın payına düşən ərazi Cığatay ulusu adlanırdı. Cığatay şəxs adının birinci hissəsi, “cığat” (cıqıt®cikit®cigit) müasir dilimizdəki ”igid” anlamını ifadə edir. Ay isə “ər”, kişi döyüşçü mənasındadır. Azərbaycan antroponimikasında Ay hissəciyinə Tokay (bax: ad – TO- KAY), Xasay (bax: ad – XASAY), Qaçay (bax: ad – QAÇAY) və bu kimi kişi adlarında da təsadüf edirik. Cağatay/Cığatay Tanrının himayə göstərdiyi döyüşçü, igid, cəsur mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəticahad sözü dilimizə öz dini uğrunda mübarizə etmək, bu məram naminə birləşmək, bir olmaq kimi tərcümə edilir. Müqəddəs kitab “Quran”da rast gəlinən şəxs adlarındandır. Cahad şəxs adı mənsub olduğun din, məram naminə bir olmaq anlamını ifadə edir.
Soyad kimi formalaşmamış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəticahan (əslində cahan) sözündən olub, dünya, aləm, kainat mənasındadır.
Cahan şəxs adı Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Türk xalqlarının əksəriyyətində Cihan şəklindədir. Övladına Cahan adını verərkən onu dünyaya, kainata bərabər tutduqlarını ifadə edirlər. Adın daşıyıcılarından Cahan Pəhləvan 1175-ci ildə Azərbaycan Atabəylər dövlətinin Eldənizlər (bəzi mənbələrdə İldənizlər) sülaləsindən ikinci hakimi, Qızıl Arslanın qardaşı olmuşdur. Onun zamanında dövlət daha da möhkəmlənərək tanınmış, atabəylərin hökuməti sabitləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCahan və azərb. Bağıç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cahanbağış (bax: ad – CAHAN; BAĞIŞ) kişi adı dünyanı bağışlayan, cahanı hədiyyə edən mənasındadır. Adın təhrif olunmuş forması Cahanbaxış da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCahan adı və dar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Dilimizə hərfi tərcümədə cahana malik, cahanı fəth edən, padşah, cahanı idarə etmək qabiliyyətinə malik, cahanı idarə edə bilən anlamındadr. Cahandar (bax: ad – CAHAN; DAR) kişi adı cahanı idarə edə bilən anlamını ifadə edir.
Bu gün məişətimizdə bu ada çox nadir hallarda təsadüf edilir. Azərbaycanın görkəmli yazıçısı İ.Şıxlının “Dəli Kür” əsərinin qəhrəmanı Cahandar ağa həddən artıq çox sevilən ədəbi qəhrəmanlardan olsa da, son illərdə məişətimizdə unudulmaqda olan şəxs adlarındandır. Nədənsə son əlli-altmış ildə yeni doğulan oğlan övladlara bu ad çox az verilmişdir. Bu gün Cahandar adı məişətimizdə unudulmaqda olan şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiCahan adı və gereftan feilinin (tutmaq, fəth etmək, zəbt et- mək) birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Cahangir (bax: ad – CAHAN) kişi adı dünyanı, cahanı fəth edən, dünyanı, aləmi tutan, istila edən, istilaçı kimi tanınan, dünyanı istila edən kimi tanınan mənalarını ifadə edir. Cahangir sözünün həm də çox məşhur, cahanşümul, dünyaca məşhur mənaları da vardır.
Şərqdə bu qəbildən olan adlar az deyildir. Məsələn, Şərq xalqlarının tarixində Böyük moğol hökmdarı Şahcahanın oğlu Məhəmməd 1658-ci ildə taxta çıxması ilə əlaqədar özünə Aləmgir, yəni aləmi fəth edən təxəllüsünü götürmüşdü ki, təxəllüs məna cəhətdən cahangir sözü ilə üst-üstə düşür. Şərq tarixində cahangirlik iddiasında olan hökmdar kimi qalan Aləmgir hakimiyyət uğrunda mübarizədə doğma atasını belə həbsə atdırıb dustaq edərək üç qardaşını öldürmüşdü. Cahangir adı XXI əsrdə məişətimizdə müşahidəediləcək dərəcədə azalmış şəxs adlarındandır. Adın daşıyıcılarından Cahangir Cahangirov (1921-1992) Azərbaycanın Xalq Artisti, bəstəkar, xormeyster, müəllim, eləcə də məşhur “Füzuli” kantatasının müəllifidir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticamal (əslində camal) sözü müasir Azərbaycan dilində gözəl üz, xoş sima, üz göyçəkliyi, gözəl sifət mənasındadır. Lakin ərəb dilində cəmal həm də dəvə mənasındadır. Camal kişi adı gözəllik, cazibədarlıq, gözəgəlimlilik anlamındadır.
Bu gün dilimizdə camal sözü əsasən üz, sifat mənasında işlənir. Gözəllik ilahəsi Zöhrəyə (Ve- nera) də ərəblər “ilahət əl-cəməl” (gözəllik ilahəsi), estetikaya “ilm əl-cəməl” (gözəllik elmi) deyirlər. Bu gün Azərbaycan dilində tez-tez təsadüf edilən gül camallı, camalı göyçak kimi ifadələr gözəllik, gözəl sifət, üz göyçəkliyi mənasında işlədilir. Cəmal şəxs adı dilimizin ahəng qanununa uyğunlaşdırılmış, Camal şəklinə düşmüşdür (vurğulu a səsi vurğusuz ə-ni a-ya çevirmişdir). Lüğətlərdə Cəmaləddin adının qısaldılmış forması olması kimi izahına da rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğəticame (böyük məscid) və mürəkkəb adların tərkibində iştirak edən Üllah sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Cameüllah formasında olan ad sonradan Camulla şəklinə düşmüşdür. Dilimizin fonetik xüsusiyyətlərinə əsasən, iki sözün birləşməsi zamanı yanaşı gələn iki saitdən birinin düşməsi, həm də ahəng qanununa görə dəyişməsi nəticəsində bu gün ad Camulla şəklindədir. Camulla (bax: ad – ÜLLAH) kişi adı Allahın evi anlamını ifadə edir. Azərbaycanın cənub bölgələrində geniş yayılmış şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti