Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

CAHAN fars.

cahan (əslində cahan) sözündən olub, dünya, aləm, kainat mənasındadır.

Cahan şəxs adı Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Türk xalqlarının əksəriyyətində Cihan şəklindədir. Övladına Cahan adını verərkən onu dünyaya, kainata bərabər tutduqlarını ifadə edirlər. Adın daşıyıcılarından Cahan Pəhləvan 1175-ci ildə Azərbaycan Atabəylər dövlətinin Eldənizlər (bəzi mənbələrdə İldənizlər) sülaləsindən ikinci hakimi, Qızıl Arslanın qardaşı olmuşdur. Onun zamanında dövlət daha da möhkəmlənərək tanınmış, atabəylərin hökuməti sabitləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti