Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XOSROV fars.

xosrov sözü dilimizdə hökmdar, padşah, sultan, həmçinin xoş, təskinedici anlamlarını ifadə edir.

Mənbələrdə adın Qeysər, yaxud Kəsra adından yaranması barədə də mülahizələrə rast gəlinir. Məlum olduğu kimi, dilimizin antroponimik vahidlər sistemində İran şahlarının adlarından yaranmış kifayət qədər kişi adları mövcuddur. Xosrov da bu qəbildən olan şəxs adları sırasındadır. İran tarixindən məlum olduğu kimi, Xosrov Ənuşirəvan (531-579) və Xosrov Pərviz (590-628) Sasanilər sülaləsinin məşhur hökmdarları olmuşlar. Xosrov kişi adı I Xosrov Ənuşirvanın (ərəb qaynaqlarında “Qubaz”) – 531-579-cu illərdə İranda hökmranlıq etmiş əfsanəvi Kəyan sülaləsindən olan məşhur Sasani padşahının adındandır. I Xosrov öz atası I Qubadın başlamış olduğu quruculuq işlərini davam etdirərək, sərhəd məntəqələrinin təhlükəsizliyini təmin etmək məqsədilə bir çox qala və istehkamlar tikdirir, dövlət idarəçiliyi sahəsində geniş islahatlar keçirir, torpaq və vergi sistemlərini təkmilləşdirir. Onun bu sahədə gördüyü işlərdən sonralar ərəblər dövlət quruculuğunda istifadə etmişlər. Hökmdar II Xosrov Pərviz onun nəvəsi olmuşdur. Azərbaycanda Xosrov şəxs adı ədəbi-bədii obrazın – N.Gəncəvinin “Xosrov və Şirin” əsərinin qəhrəmanının adı da onların təsiri ilə yaranmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XOŞBƏXT fars.

mürəkkəb adların tərkibində işlənən xoç (əslində hoç) və bəxt sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan alqış məzmunlu Xoşbəxt adı bəxtiyar, bəxti gətirmiş, taleli, bəxtli, ağgünlü, sevinc və rifah içində yaşayan, uğurlu mənalarını ifadə edir. Dünyaya göz açmış körpəyə yaxınları, ailə üzvləri onun gələcək həyatının taleli, bəxtli, uğurlu olmasını arzu edərək Xoşbəxt adını verirlər. Azərbaycanda adın daşıyıcılarından Xoşbəxt Bağı oğlu Yusifzadə (1930) mühəndis-geoloq, geologiya-mineralogiya elmləri doktoru (1987), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidentidir. Onun bilavasitə iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Türkmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və qaz yatağı, o cümlədən dünyada məşhur olan ”Azəri”, ”Çıraq” və ”Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir. 1988-ci ildən başlayaraq xarici şirkətlərlə birgə aparılmış demək olar ki, bütün işlərdə, o cümlədən ”Azəri-Çıraq-Günəşli” (dənizin dərin hissəsi) yataqlarının işlənməsində, ”Əşrəfi” (1998-ci il), ”Qarabağ” (1998-ci il), nəhəng ”Şahdəniz” (1999-cu il), iri ”Abşeron” (2011-ci il) kimi yataqların, eləcə də 2010-cu ildə ARDNŞ-nin öz gücü ilə açdı- ğı ”Ümid” yatağının kəşf edilməsində əvəzedilməz rolu olmuş mütəxəssislərimizdəndir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDABAĞIŞ fars.

mürəkkəb adların tərkibində işənən Xuda və azərb. Bağıç adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xudabağış (bax: ad – XUDA; BAĞIŞ) kişi adı Xudanın, yəni Allahın, Tanrının bağışladığı (övlad) anlamındadır. Ehtimal ki, övlad həsrətində olanlar, nəhayət ki, uşaq sahibi olduqlarından sevinmiş, dünyaya gələn övladın Allah tərəfindən bəxş edildiyi, bağışlandığı inamı iləə körpəyə bu adı vermişlər. Azərbaycan antropo- nimikasında bu qəbildən olan antroponimlər kifayət qədərdir. Məsələn, Allahverdi (bax: ad – ALLAHVERDİ), Tanrıverdi (bax: ad – TANRIVERDİ), Xalıqverdi (bax: ad – XALIQVERDİ) və s.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDABAXIŞ fars.

mürəkkəb adların tərkibində işlənən Xuda adı və azərb. baxıç sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xudabaxış (bax: ad – XUDA; BAXIŞ) kişi adı Xudanın, Allahın, Tanrının nəzəri mənasındadır. Dünyaya gələn övlada, bir növ, alqış mənasında verilən bu ad dilimizdə ümumişlək hesab edilən, xeyir-dua məqsədilə işlədilən Allahın nazari üstündan askik olmasın; Tanrının nazarindan askik olmayasan və s. kimi ifadələrlə uyğundur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDADAD fars.

xudadad sözündəndir. Xudadad (bax: ad – XUDA) kişi adı Allah vergisi, Tanrı verən mənasındadır.

Dilimizdə fonetik qanuna – karlaşma qanununa əsasən Xudadat kimi tələffüz edilmiş, sonradan Xudadat, eləcə də adın təhrif olunmuş forması Xudat da müstəqil kişi adları kimi rəsmiləşmişdir. Məişətimizdə XX əsrin ortalarına qədər geniş yayılmış şəxs adları sırasındadır. Azərbaycan dilində Xudadad/Xudadat antroponimi ilə sinonim adlar da kifayət qədərdir. Məsələn, Allahverən (bax: ad – AL- LAHVERƏN), Tanrıverdi (bax: ad – TANRIVERDİ), Xalıqverdi (bax: ad – XALIQVERDİ) və s. Adın daşıyıcılarından Azrbaycan tarixində ictimai xadim kimi tanınmış ilk ali təhsilli həkim, cərrah Xudadat bəy Rəfibəyli (1878–1920) Gəncədə mərkəzi xəstəxananın baş həkimi işləmişdir. Cümhuriyyətin İkinci hökumət kabinetində Səhiyyə naziri təyin edilmiş Xudadat bəy 1919-cu ilin may ayında xalqın dəstəyi ilə Gəncənin general-qubernatoru vəzifəsinə seçilmişdir. 1920-ci ildə yeni hökumət – bolşevik hökuməti tərəfindən Gəncənin ilk və son azərbaycanlı qubernatoru Xəzərin kiçik bir adasına aparılaraq saxta ittihamla güllələnmişdir. Adın daha bir məşhur daşıyıcısı alim, ixtiraçı, Azərbaycanda texniki elmlər sahəsində ilk professor Xudadad bəy Məlikaslanov (1879-1935) Cənubi Qafqaz dəmiryol nəqliyyat sistemində mühəndis, stansiya rəisi, Azərbaycanın Rabitə Yolları naziri, ali məktəbdə kafedra müdiri, Azərbaycan Tikinti Komitəsinin, Plan Komitəsinin nəqliyyat və rabitə bölməsinin sədri olmuşdur. Azərbaycan SSR-də magistral dəmiryol şəbəkəsinin inkişaf planının işlənib həyata keçirilməsi, şəhərdaxili nəqliyyat və s. məsələlərin həlli ilə məşğul olmuş, 70-dən çox elmi əsər (də- miryol nəqliyyatına aid üç monoqrafiya və s.) dərc etdirmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDAŞİRİN fars.

mürəkkəb adların tərkibində işlənən Xuda Şirin adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Xudaşirin (bax: ad – XUDA; ŞİRİN) kişi adı Xudanın, Allahın şirin (yaxın, əziz mənasında) olması anlamına gəlir.

Xudaşirin mürəkkəb şəxs adının ikinci komponenti – şirin sözü, məlum olduğu kimi, dilimizdə əziz, yaxın mənasında işlənir. Azərbaycan dilində Tanımadım amma üzün tanıç, doğma, aziz, çirin galdi; Sasin doğma, aziz, çirin galir və s. bu kimi ümumişlək ifadələrdə də şirin sözü doğmalıq, yaxınlıq anlamlarını ifadə edir. Xudaşirin mürəkkəb adındakı şirin də eyni mənada işlənmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDAVERDİ fars.

mürəkkəb adların tərkibində işlənən Xuda və azərb. Verdi adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Xudaverdi (bax: ad – XUDA; VERDİ) kişi adı Xudanın, Allahın verdiyi övlad, oğul payı mənasındadır. Məişətimizdə geniş yayılmış kişi adlarındandır. Adın daşıyıcılarından I Qarabağ müharibəsində qəhrəmanlıqla həlak olmuş Azərbaycan hərbçisi Xudaverdi Məhəmməd oğlu Abbasov (1957-1992) Ağdərə uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətlərə görə ölümündən sonra “Azərbaycan bayrağı” medalı ilə təltif edilmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDAVƏND fars.

xudavand sözü dilimizdə Allah, Tanrı mənasını ifadə edir. Azərbaycan

antroponimikasında köhnəlmiş şəxs adları sırasındadır.

Xudavənd kişi adı (bax: ad – XUDA) Azərbaycanda yaşlı əhali arasında çox az sayda rast gəlinən adlardandır. Xudavənd kişi adı Allah, Tanrı mənaları ilə yanaşı, bu sözlərə uyğun başçı, rəhbər, hakim anlamlarını da ifadə edir. Allahın məlum 99 adından bəziləri rəhbər (əl-Macid), başçı (əl-Müheymin), hakim (əl-Hakim) mənalarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDAYAD fars-ərəb.

xudayad sözündəndir.

Xudayad adının sonundakı d səsi dilimizin əsas fonetik qanunlarından olan karlaşma qanununa əsasən t kimi tələffüz edilmiş, sonradan Xudayat adı da rəsmi ad kimi formalaşmışdır. Xuda (bax: ad – XUDA) mənbə dildə Allah, Tanrı, yad sözünün isə əl anlamında olduğunu nəzərə alsaq, Xudayad kişi adı hərfi tərcümədə Allahın, Tanrının əli mənasındadır. Məlum olduğu kimi, dilimizdə ali yüngül olmaq ifadəsi geniş yayılmışdır. Əlin yüngül, uğurlu, düşərli, ruzili olması müqəddəs olanın – Allahın, Tanrının adı ilə əlaqədar Allah alini üstündan çakmasin; Tanrını ali üstümüzdadir kimi alqış məzmunlu ifadələr də az deyildir. Xudayad kişi adı Yaradanın, hər şeyə qadir olanın, ədalətli olanın əlinin uğurlu olması ilə əlaqədar kişi adlarındandır. Adın təhrif olunmuş formaları Xudayət, Xudat da sonradan müstəqil kişi adları kimi formalaşmışdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

XUDU fars.

xuda sözündəndir. Azərbaycan dilində xoşbəxt, uğurlu mənasını ifadə edir.

 

Xudu kişi adı XX əsrin qıırxıncı illərinə qədər məişətimizdə geniş yayılsa da, bu gün köhnəlmiş, yalnız soyadlarda yaşayan şəxs adları sırasındadır. Adın daşıyıcılarından azərbaycanlı kristalloqraf-alim, geologiya-mineralogiya elmləri doktoru, Azərbaycan EA-nın müxbir üzvü, görkəmli ictimai xadim, sözün əsl mənasında alim-vətəndaş Xudu Məmmədovun (1927-1988) quruluş təhlili sahəsində “Üç pik teoremi“ nəinki ölkəmizin, eləcə də dünyanın aparıcı universitetlərinin (məsələn, London universitetləri üçün nəşr olunmuş “Kristalların quruluşunun təyini” dərsliyi) dərsliklərinə salınmış, tanınmış mütəxəssislər tərəfindən ən sadə və səmərəli həll kimi yüksək qiymətləndirilmişdir. Sement silikatlarının quruluşuna dair monoqrafiya yazılmasına London nəşrlərindən sifariş olsa da, alim monoqrafiyanı Azərbaycan dilində yazmışdı. Silikat kimyası üçün fundamental əhəmiyyətə malik olan əsər Azərbaycan elm tarixində kristallokimyaya dair ana dilimizdə çıxan ilk kitab idi. Son illər müasir cihazlarla bu mineralların quruluşunun dəqiq tədqiqatları məhz X.Məmmədovun göstərdiyi modellər əsasında aparılır. Xudu Məmmədov bir sıra qeyri-adi kəşflərin müəllifi olmaqla yanaşı, həm də Azərbaycan xalça sənətindəki naxışlarla bərk cisimlərin kristal qəfəsi arasında eynilik olduğunu sübut etmiş, “Naxışların yaddaşı” əsərində qədim naxışların araşdırılması ilə türkçülüyün izlənməsinin mümkünlüyündən bəhs etmişdir. Əsərdə quruluş nədir, naxışlar nə üçün maddələrin daxili quruluşuna bənzəyir, kristalloqrafiya elmi naxışların yaradılmasına nə verə bilər, kimi suallar əsl cavablarını tapmışdır. Ü.Hacıbəylinin xatirəsinə həsr etdiyi “Qoşa qanad” kitabı elmlə sənətin vəhdətini, onların qarşılıqlı əlaqəsini əks etdirən fundamental elmi araşdırmaların nəticəsidir. Qarabağ əsilli bir çox ziyayılarımız kimi, 1988-ci ildə Dağlıq Qarabağ ətrafında Ermənistanın işğalçılıq siyasətinə qarşı vətəndaş çıxışları ilə də yadda qalan bir ictimai xadim olaraq işğalçılıq siyasətinə qarşı vətənpərvər, barışmaz mövqe tuturdu. Bütün bunlar dünya şöhrətli alimin səhhətinə də təsirsiz ötüşmədi. Müharibənin ilk ilində dünyasını dəyişdi.

Azərbaycan şəxs adlarının izahlı lüğəti