Xuda sözü dilimizdə Allah, Tanrı mənasındadır.
Xuda sözü bu gün həm müasir Azərbaycan dilində işlənən, həm arxaikləşmiş, həm də dialekt sözlərin tərkibində (xudahafiz, Xudavənd, xudanəkərdə, kəndxuda, nəmxuda və s.), həmçinin ümumişlək ifadələrin, atalar sözlərinin tərkibində rast gəlinsə də, ayrılıqda işlənmir, dilimizdə arxaikləşmiş sözlər sırasındadır. Bu gün Xuda Azərbaycan antroponimikasında olduğu kimi, mənbə dildə də müstəqil şəxs adı kimi mövcud deyildir, yalnız mürəkkəb kişi adlarının tərkibində işlənir. Məsələn, Xudayar (bax: ad – XUDAYAR), Xudaverdi (bax: ad – XUDAVERDİ) və s.
Azərbaycan şəxs adlarının izahlı lüğəti