Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELYAR azərb.

mürəkkəb adların tərkibində işlənən el və fars. yar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elyar (bax: EL; YAR) kişi adı hər zaman, hər an elini düşünən, elin dostu, elin sevimlisi mənasındadır.

 

XX əsrin ortalarından adın məişətimizdə geniş yayılmasında Xalq Şairi Səməd Vurğunun “Aygün” əsərində yaratdığı səmimi, humanist Elyar surətinin də özünəməxsus rolu olmuşdur. XX əsrdə məişətimizdə geniş yayılmış Elyar kişi adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır desək, yəqin ki, yanılmarıq.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ELZAR azərb.

mürəkkəb adların tərkibində işlənən el və fars. zar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Elzar (bax: EL; ZAR) kişi adı elin əfqanı, ahı, camaatın, elin təngə gəlməsi, zara gəlməsi anlamındadır. Adın təhrif olunmuş forması Ehzar da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti