Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

EŞQİM ərəb.

Eşqim kişi adı eşq sözünün mənsubiyyət şəkilçisi ilə (I şəxs. tək) işlənməsi yolu ilə yaranmışdır, sevdiyim, sevgilim mənasındadır. Ərəb dilindən alınma eşq sözü türk dillərinin hamısında müxtəlif biçimlərdə işlənməkdədir. Türkiyə türklərində eşq aşk kimi işlənir. Müvafiq olaraq Eşqim adı da Aşkım şəklindədir. Eşq sözü dilimizdə sevgi, məhəbbət, sevda, meyil etmək, böyük istək hissi, sonsuz bağlılıq anlamlarını ifadə edir. Bu gün məişətimizdə həm Eşqim, həm də adın Eşqin variantina kifayət qədər rast gəlinir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti