azərb. yanaq üzün almacıq sümüyündən çənəyə qədər olan hissəsidir. Klassik ədəbiyyatda, xüsusən gözəlləmələrdə tez-tez işlədilir.
Yanaq sözünün sağlam, dolğun, qırmızı yanaqları olan, xoşagəlimli adam kimi məcazi mənası vardır. Azərbaycan antroponimikasında tərkibində Yanaq adının işləndiyi qadın adları mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti