mürəkkəb adların tərkibində iştirak edən bala və sar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balasər (bax: ad – BALA; SƏR) kişi adı məğrur, qürurlu, vüqarlı anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Baləsər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBala... ilə başlayan adların oxşama və kiçiltmə formasıdır. Bala sözünə sı (III şəxs məns. ş.) əlavə edilməsi ilə əmələ gəlmiş addır.
Əslində heç tam aydın olmur ki, bala sözünə sı hissəciyinin əlavə edilməsi ilə yaranan ad dəqiq nəyi isə ifadə edir. Ehtimal ki, xalq arasında əzizləmə, oxşama mənasında ağası, babası, xalası, nanasi, dadasi kimi işlədilən sözlərdəki sı hissəciyi bala sözünə də qoşulmuşdur. Qeyd etmək lazımdır ki, məişətimizdəkiçik yaşlı uşaqlara müraciət edərkən yumşaqlıq gətirmək məqsədilə işlədilən belə müraciətləri teztez eşitmək olur: Balası, mana bir qalam versana. Balası, yoruldun, bir az da dincal və s. Erkən dövrlərdə, hələ yaş kağızı tətbiq edilməyən zamanlarda kimə isə hər hansı bir münasibətlə balası deyə müraciət edilmiş, çağırılmış, sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balası bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBala... ilə başlayan kişi adlarının (məsələn, Bala, Balağa, Baləmi, Balaqardaş və s.) əzizləmə, oxşama formasıdır.
Məlum olduğu kimi, Azərbaycan antroponimikasında ç sonluğunun əlavə edilməsi ilə formalaşmış kifayət qədər qadın və kişi adı mövcuddur. Məsələn, Alış, Ataş, Nənəş və s. Balaş adı da, ehtimal ki, bu yolla yaranmışdır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmiş, məişətimizdə geniş yayılmışdır. Görkəmli dramaturqumuz C.Cabbarlının məşhur “Sevil” əsərindən sonra Balaş kişi adı məişətimizdə azalmışdır. Bu gün valideynlər öz oğlan övladlarına bu adı, demək olar ki, vermirlər, başqa sözlə, artıq unudulmuş şəxs adlarındandır. Rus dilinə də keçmiş şəxs adlarımızdandır. Bu gün ruslarda Balaş kişi adı, həmçinin Balaşov soyadı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən Bala və Şirin adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balaşirin (bax: ad – BALA; ŞİRİN) kişi adı balanın hər şeydən şirin olması anlamındadır. Müasir Azərbaycan dilində Bala baldan çirindir, bala har çeydan çirindir, bala candan da çirindir və s. kimi deyimlərə, atalar sözlərinə, ifadələrə istənilən qədər rast gəlmək olar.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən bala və verdi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balaverdi (bax: ad – BALA; VERDİ) kişi adının məzmununda Allahverdi (bax: ad – ALLAHVERDİ), Tanrıverdi (bax: ad – TANRIVERDİ), Allahverən (bax: ad ALLAHVERƏN), Tanrıverən (bax: ad – TANRIVERƏN), Baxşeyiş (bax: ad – BAXŞEYİŞ) və s. kimi adlarda olduğu kimi, ailəyə övlad payı verdiyi üçün, bir növ, Tanrıya şükür hissi ifadə olunmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində iştirak edən bala və fars. yar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Balayar (bax: ad – BALA; YAR) kişi adı Azərbaycan antroponimikasında alqış, dua məzmunlu şəxs adları sırasında olub, bütün ömrü boyu balama yar ol, Allah, həmçinin bütün işlərində Tanrı sənə yar olsun, bala anlamlarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiBala... ilə başlayan kişi adlarının kiçiltmə, oxşama və əzizləmə formasıdır. Bəzi mənbələrdə parlaq, parıldayan mənası qeyd edilir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balı bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibamsı qartal, tərlan, yırtıcı quş anlamlarını ifadə edir.
“KitabiDədə Qorqud” dastanlarında gənc oğuz qəhrəmanlarından biri, əsas personaj kimi iki boyun təsvir etdiyi hadisələrin iştirakçısı, dövlətçiliyə, onun təmsilçisi Qazan xana dönük çıxmayan, bunun müqabilində qətlə yetirilən faciəli bir obraz kimi personajlar arasında xüsusi yeri olan Beyrək Dədə Qorqud ona ad qoymazdan əvvəl Bamsı ləqəbini daşıyırdı. Atasının bəzirganlarını qarət etmiş quldurlara hücum edib maldövlətini qoruyarkən qəhrəmanlıq göstərəndən sonra Dədə Qorqud ona Beyrək adını verir. Hamı gənci Bamsı Beyrək çağırır. Bu gün türk xalqlarının bir çoxunda populyarlığını saxlamış Beyrək antroponiminə Azərbaycanda təsadüfi hallarda rast gəlmək olar. Bamsı şəxs adı qartal, tərlan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibarat (əslində bərat) sözündəndir. Azərbaycan dilinin ahəng qanununa uyğun olaraq “barat” forması almış ərəb sözü bərat əslində bədirlənmiş Ay anlamını ifadə edir.
Sözün paklıq, təmizlik kimi məcazi mənaları da mövcuddur. Qədim ərəblər gecə vaxtı, bədirlənmiş Ay ziyasında dünyaya gələn uşağa (istər oğlan, istərsə də qız) çox zaman Barat adı verirdilər. İnanclara görə, bu adı verməklə dünyaya gələn övladın taleyi bədirlənmiş Ay kimi nurlu, adsanı ləkəsiz, təmiz olacaqdır. Təbiidir ki, hər ayın öz barat gecəsi olur və ayrıayrılıqda onların hər biri gözəldir. Azərbaycan antroponimikasında müştərək şəxs adlarından olan Barat adının bərat gecəsi ilə əlaqədar olması daha inandırıcıdır. İslam dininə görə, qəməri ilinin şəban ayının on beşində cərəyan edən hadisələr, həmçinin Cəbrayıl tərəfindən Məhəmmədə peyğəmbərliyin verilməsi də bərat gecəsinə təsadüf edir. Zaman keçdikcə məhz bu səbəbdən müsəlman aləmində yalnız şaban ayının bərat gecəsi xüsusilə əziz sayılmağa başladı. Çünki Məhəmmədə peyğəmbərliyin verilməsi də, onun qızı Fatimənin toyu da müxtəlif illərin həmin gecəsinə təsadüf etmişdi, nəhayət, XII imam Mehdi də bu ayda dünyaya gəlmişdir. Beləliklə, hər ilin on iki gözəl bərat gecəsinin təkcə biri – şaban ayının on beşinci gününə keçən gecə əsl mənada gözəl hesab edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibarxurdar sözündəndir. Barxudar antroponimi istədiyinə nail olan, kamına çatan, xeyir görən; istifadə edən, xoşbəxt mənasındadır.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Barxudar bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Qafqaz respublikalarının hər üçündə Barxudar/Bərxudar kişi adı mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğətibarıç sözü sülh, atəşkəs, barışıq anlamındadır.
Azərbaycanda barış (barışmaq feilindəndir) sözü yalnız məişətdə işlənsə də, rəsmi səviyyədə həmişə ərəb mənşəli sülh sözü işlənmişdir. Türkiyədə, eləcə də türkdilli ölkələrdə bu ad geniş yayılmışdır. Azərbaycanda son bir neçə ildə şəxs adı olaraq oğlan uşaqlarına verilməyə başlamışdır. Lakin hələ də çox nadir hallarda rast gəlinən adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti