mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş titul bildirən alp və paça sözlərinin birləşməsindən, daha dəqiq, iki mənaca daralan sinonim sözün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Səsdüşümü nəticəsində p samitinin biri düşmüş, ad Alpaşa kimi formalaşmışdır. Alpaşa (bax: ad – ALP; PAŞA) kişi adı igid, qəhrəman anlamlı arxaik alp titulunun keçmişdə Şərq ölkələrində məmurlara verilən paşa titulunun qarşısında işlənməklə onun həm də igid, sərrast atıcı, güclü sərkərdə olduğuna işarə edilirdi. Sonradan müstəqil ad kimi formalaşmışdır. Bəzən Alıpaşa (bax: ad – ALIPAŞA) antroponimi ilə qarışdırılır. Eyni sür izah edilir. Lakin adlar tam fərqli anlamlar ifadə edir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Alpaşa bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş titul bildirən alp və mürəkkəb adların yaranmasında iştirak edən ay sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Alpay (bax: ad – ALP; AY) kişi adı igid, cəsur, ər mənasındadır. Məlum olduğu kimi, Azərbaycan antroponimikasında mövcud bir sıra kişi adlarının tərkibində işlənən “ay” sözü şəxs adlarının tərkibində “ər” mənasını ifadə edir. Məsələn, Sabutay (bax: ad – SABUTAY), Xasay (bax: ad – XASAY), Tokay (bax: ad – TOKAY) və s. Bu şəxs adlarında “ay” kişi, igid mənasındadır. Alp və ay sözlərinin birləşməsindən igid, cəsur ər, kişi mənasını verən Alpay antroponimi yaranmışdır. Bəzi lüğətlərdə Alpay şəxs adının kiçik qəhrəman, kiçik pəhləvan, balaca qəhrəman mənasında olduğu qeyd edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğətialatau sözünün qədim türk dillərində bir neçə mənası var: 1. Qızıl, qiymətli, dəyərli daş-qaş; 2. Üsul, tədbir; 3. Yüksəklikdə, hündürlükdə yerləşən meşəlik.
Türk mənşəli “altun” (qızıl) sözü ilə fonetik yaxınlıq özünü büruzə verir. Türk xalqlarından olan altaylıların dilində altay sözü “qızıl” anlamını ifadə edir. Altay kişi adı Azərbaycan antroponimikasında oronimik vahidlər əsasında yaranan antroponimlər sırasındadır. Məlum olduğu kimi, Altay oronimdir, Sibir və Monqolustan arasındakı hündür, yüksək dağın adındandır. Bir sıra araşdırmalarda ala sözünün türk dillərində hündür, yüksək, tay sözünün isə dağ mənasında olduğu məlumatlara rast gəlinir. Altay oroniminin şəxs adı kimi formalaşmasında da həmin məna əsas olmuşdur. Yəni Altay kişi adı hündür, yüksək dağ mənasını ifadə edir. Müasir ədəbi dilimizdə ala başqa mənalarda, tay, tau isə dağ fonetik variantında işlənməkdədir. Altay adı Altay ölkəsi, Altay dağları anlamına gəlir. Bir çox türk xalqlarının atroponimikasında Altay adı bir neçə əsr əvvəldən məlumdur. Lakin Azərbaycanda əsasən XX əsrə aiddir. Dünyaya gələn oğlan övladlara bu ad 30-cu illərdən verilməyə başlanmışdır. Yuxarıda da qeyd etdiyimiz kimi, Azərbaycanda oğlanlara dağ adı qoymaq təəccüb doğurmur. Altay adına bu gün də kifayət qədər rast gəlinir. Lakin soyad kimi formalaşmamışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətialtun sözü qızıl, paslanmayan sarı rəngli qiymətli metalın adıdır.
Hazırda Azərbaycanda Altun şəxs adını daşıyan bir neçə adam tapmaq olar. Lakin Azərbaycan antroponimikasında tərkibində Altun sözünün işləndiyi Altunbəy (bax: ad – ALTUN- BƏY), Altuntac (bax: ad – ALTUNTAC), Altunsaç (bax: ad – AL- TUNSAÇ) kimi mürəkkəb adlar mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Altun bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAltun adının və mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş bay titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Altunbəy (bax: ad – ALTUN; BƏY) kişi Altun bəy mənasındadır. XX əsrin iyirminci illərinə qədər Azərbaycanda bu adın daşıyıcılarına kifayət qədər rast gəlinsə də, hazırda bu adı daşıyan adamların sayı çox azdır. Lakin digər türk xalqlarında Altunbəy geniş yayılmış kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAli və türk. Turan adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Səsdüşümü (i) nəticəsində Alturan kimi formalaşmış antroponimdir. Alturan (bax: ad – ALİ; TURAN) kişi adıuca, yüksək Turan mənasındadır.
Şəxs adındakı Turan toponimik vahidi tur teonimi əsasında yaranmışdır. Bu söz müasir ədəbi dilimizdə ümumi leksik vahid kimi işlənmir. Qədimdə Orta Asiyada türklərin yaşadığı yerin adı olmuşdur. Azərbaycan onomastik vahidlər sistemində Turan yalnız antroponimik vahid kimi işlənir, türk xalqlarının onomastik vahidlər sistemində təkcə antroponim kimi deyil, həm də toponim kimi işlənməkdədir. Məsələn, Tuvada Turan çayı (Uyuk-Turan) və Turan şəhəri, türklərin şərq qolu ilə bağlı arealda Toran, Toranqul, Tura və s.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamal sözündən olub, əməl anlamına gəlir. Amal kişi adı arzu, niyyət, məqsəd mənalarını ifadə edir.
Qeyd etmək lazımdır ki, adın tələffüzü zamanı sözün birinci a səsi uzun, əksər hallarda adi məxrəcdə tələffüz edilir. Hər iki halda ad eyni mənanı ifadə edir. Mənbə dildə, ərəb dilində vurğu adın birinci hecasına düşərsə, əməl, istək, arzu, məqsəd, niyyət, ümid və gözləmə anlamını ifadə edir. Vurğu ikinci hecaya düşdükdə əməllər, istəklər, arzular, məqsədlər, niyyətlər, ümidlər, yəni anlamların cəmini ifadə edir. Qeyd etmək lazımdır ki, hind-Avropa dillərində kəmiyyət kateqoriyasının bu yolla yaradılması tipik sayılmasa da, az olsa da, belə hallar mövcuddur. Amal antroponimi ərəb dünyasında, eləcə də türk xalqlarının yaşadığı bir sıra ölkələrdə qadın, bəzilərində kişi adıdır. Azərbaycanda Amal adı yalnız oğlan uşaqlarına verilən adlardandır. Amal adından Amalə (bax: ad – AMALƏ) qadın adı yaranmışdır. Lakin bəzi mənbələrdə nədənsə heç bir tutarlı mənbəyə əsaslanmadan Amaliya qadın adının (bax: ad – AMALİYA) da Amal antroponimindən yaranması barədə məlumatlara rast gəlinir. Lakin Amal və Amaliya antroponimlərinin heç bir əlaqəsi yoxdur, odur ki, belə izahlar doğru hesab edilə bilməz.
Azərbaycan şəxs adlarının izahlı lüğətiaman sözü müasir Azərbaycan dilində bir neçə mənada işlənir: 1. Aman vermək, rəhm etmək; əmin-amanlıq, təhlükəsizlik, əmniyyət, dinclik, qorxusuzluq. 2. Möhlət, macal, imkan. 3. Rəhm, mərhəmət. 4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləmək. 5. Ta- qət, qüvvət, güc; 6. Can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu hisləri ifadə edir. 7. Rica, xahiş, yalvarış. 8. Narazılıq, şikayət, nifrət.
Amanantroponimi əsasən sözün üçüncü mənası ilə, yəni rəhm, mərhəmət (Allahdan gözlənilən) mənası ilə əlaqədardır. Dünyaya göz açmış övlada Aman adını verən yaxınlar, valideynlər, çox ehtimal ki, Tanrıya, bir növ, dua edir, ömrü boyu onu Yaradanın rəhminə, mərhəmətinə etibar etdiklərini ifadə edirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAman adının və mürəkkəb adların tərkibində işlənən Üllah sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Əslində Amanullah (bax: ad – AMAN; ÜLLAH) olan kişi adı Allahın bağışladığı, salamat, əmin-aman bəndə, Allahın təhlükəsizliyə qovuşdurduğu əmin bəndə, qul anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Amanulla da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Amanullah adı bu gün yalnız Amanulla formasında mövcuddur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Amanulla bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamaç sözündəndir. Azərbaycan antroponimikasında qədim şəxs adlarından olan Amaş kişi adı gözü zəif görən mənasındadır.
Bəzi lüğətlərdə hədəf, nişangah mənası qeyd edilmişdir. Amaş adına erkən dövrlərə aid Orxon-Yenisey abidələrində rast gəlinir. Məişətimizdə köhnəlmiş şəxs adları sırasında olan Amaş bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamid sözü eşq xəstəsi; öndər, rəhbər, xərac alan anlamına gəlir.
Bəzi mənbələrdə Buddizmin əsas allahlarından birinin adı kimi göstərilir. Sanskrit dilində hüdudsuz işıq, hüdudsuz həyat mənası olduğu barədə məlumatlara rast gəlinir. Amid kişi adı rəhbər, xərac alan mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamil sözü dilimizdə bir neçə məna ifadə edir: 1. Müvəkkil, müəyyən işin etibar edildiyi şəxs; Orta əsrlərdə Şərq ölkələrində ticarət müvəkkili. 2. Bir prosesin, hadisənin hərəkətverici qüvvəsi, iş görən, əməl edən; 3. Müdir, sərəncam verən, əmr verən. 4. Sakit, həlim, dinc; intizamlı, ədəb sahibi. 5. Əsas səbəb, faktor. Amil şəxs ad sözün sonuncu, beşinci mənası ilə əlaqədar olub, əsas səbəb anlamına gəlir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiamin sözü öncə ərəb dilinə, sonradan ərəb dili vasitəsilə dilimizə keçmişdir. Digər dinlərdə olduğu kimi, İslam dinində də dua sənaların sonunda diləklərin qəbul olunsun, niyyətin yerinə yetsin və s. mənasını ifadə edən “amin” kəlməsi səslənir.
Amin kişi adı həmin kəlmə ilə əlaqədardır. Uzun müddət övlad arzusunda olan valideynlər arzularının, niyyətlərinin yerinə yetdiyinə görə oğlan övladlarına Amin adı verirlər.
Azərbaycan şəxs adlarının izahlı lüğəti