amal sözündən olub, əməl anlamına gəlir. Amal kişi adı arzu, niyyət, məqsəd mənalarını ifadə edir.
Qeyd etmək lazımdır ki, adın tələffüzü zamanı sözün birinci a səsi uzun, əksər hallarda adi məxrəcdə tələffüz edilir. Hər iki halda ad eyni mənanı ifadə edir. Mənbə dildə, ərəb dilində vurğu adın birinci hecasına düşərsə, əməl, istək, arzu, məqsəd, niyyət, ümid və gözləmə anlamını ifadə edir. Vurğu ikinci hecaya düşdükdə əməllər, istəklər, arzular, məqsədlər, niyyətlər, ümidlər, yəni anlamların cəmini ifadə edir. Qeyd etmək lazımdır ki, hind-Avropa dillərində kəmiyyət kateqoriyasının bu yolla yaradılması tipik sayılmasa da, az olsa da, belə hallar mövcuddur. Amal antroponimi ərəb dünyasında, eləcə də türk xalqlarının yaşadığı bir sıra ölkələrdə qadın, bəzilərində kişi adıdır. Azərbaycanda Amal adı yalnız oğlan uşaqlarına verilən adlardandır. Amal adından Amalə (bax: ad – AMALƏ) qadın adı yaranmışdır. Lakin bəzi mənbələrdə nədənsə heç bir tutarlı mənbəyə əsaslanmadan Amaliya qadın adının (bax: ad – AMALİYA) da Amal antroponimindən yaranması barədə məlumatlara rast gəlinir. Lakin Amal və Amaliya antroponimlərinin heç bir əlaqəsi yoxdur, odur ki, belə izahlar doğru hesab edilə bilməz.
Azərbaycan şəxs adlarının izahlı lüğəti