mürəkkəb adların tərkibində işlənən Əbdül və Əzal adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Bu gün məişətimizdə Əbdül kişi adı mövcuddur, Əzəl isə köhnəlmiş şəxs adlarındandır. Əminliklə qeyd etmək olar ki, Əbdüləzəl adının daşıyıcıları yalnız yaşlı nəslın nümayəndələridir. Azərbaycanda adın daşıyıcıları arasında dilçilik elmində müstəsna xidmətləri olmuş Əbdüləzəl Dəmirçizadə görkəmli alimlərdəndir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiƏb... ilə başlayan kişi adlarının əzizləmə və oxşama məzmunlu kiçiltmə formasıdır.
Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əbi adı bugün yalnız soyadlarda yaşayan adlardandır. Bu gün Azərbaycanda Əbiyev, Əbizadə soyadlarının kifayət qədər olması bir zamanlar Əbi şəxs adının məişətimizdə geniş yayıldığına dəlalət edir. Əbil yalnız mürəkkəb kişi adlarının tərkibində rast gəlinir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiabil sözünün dilimizdə kök, yekə, böyük, iri, dolğun anlamlarını ifadə etməsiylə əlaqədar izahlı lüğətlərdə məlumatlara rast gəlinir.
Bəzi mənbələrdə mürəkkəb şəxs adlarının komponenti kimi işlənən Əbu/Əbül sözü ilə eyniləşdirilir. Bu fikirlər daha inandırıcıdır. Qeyd etmək lazımdır ki, Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Əbil bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır. Azərbaycan ərazisində Əbil şəxs adı ilə əlaqədar yer adları da məlumdur. Qubadlı bölgəsində Əbilcə, Xaçmaz bölgəsində Əbilyataq kəndi var. Qusar rayonunda çay adıdır (Əbilçay). Toponimlərin izahı ilə bağlı lüğətlərdə bu oykonimlər və hidronim Əbil şəxs adı ilə əlaqələndirilir. Əbilcə sözündəki -ca şəkilçisi türk dillərinə məxsusdur. Əbülyataq adındakı yataq sözü də türk mənşəlidir. Yəni toponimlərdə də, hidronimdə də Əbil sözü türkmənşəli elementlərlə birləşmişdir. Əbili Əbil, Əbülfət, Əbülfəz adlarının əzizləmə və oxşama məzmunlu formasıdır. Eyni zamanda bəzi dialektlərdə dilimizdə ərəb dilindən keçmə adlar sırasında olan Habil şəxs adı Əbil adına yaxın Həbil, Həvil kimi tələffüz edilir. Belə düşünmək olar ki, Əbil şəxs adı dilimizdə daha erkən dövrlərdən mövcud olmuşdur, həm də XX əsrin ortalarına qədər məişətimizdə geniş yayılmışdır. Bunu addan formalaşmış soyadların da kifayət qədər mövcud olması bir daha sübut edir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti