Adil adı və azərb. mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş xan titulunun birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Adilxan (bax: ad – ADİL; XAN) kişi adı adil olan xan, ədalətli xan, ədalətlə idarə edən xan anlamına gəlir. Adın təhrif olunmuş forması Ədilxan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu ada əsasən Azərbaycanın cənub bölgələrində təsadüf edilir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti