Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ADNAN ərəb.

ədnan sözündəndir. Ədnan adlandırılmış ərəb qəbiləsinin adındandır.

Ədnan sözü dilimizə tərcümədə xalis ərəb, təmiz ərəb, eləcə də Cənnət bağı, iki Cənnət, həmçinin Cənnətdə ölümsüzlüyə qovuşan (adam) mənalarını ifadə edir. Bəzi mənbələrdə antroponimin mənası köçmək, köç etmək, yerləşmək, bərqərar olmaq qazmaçı, oturaq kimi izah edilir. Adnan antroponimi həm ərəblər arasında, həm də türk xalqları arasında geniş yayıldığından İslamdan əvvəl də məlum olmuş şəxs adlarından hesab edilir, ərəb dünyasında çox tez-tez rast gəlinən adlardandır. Buna səbəb adın bir çox mənbələrdə, araşdırmalarda İbrahim Peyğəmbərin nəslinin adı ilə əlaqədar olması barədə məlumatların mövcudluğudur. Adnan eyni zamanda Ərəbistanın şimalında yaşayan ərəblərin irqi göstəricisidir. Adın təhrif olunmuş forması Ədnan da sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Hazırda Azərbaycanda həm Adnan, həm də Ədnan kimi, Türkiyədə isə yalnız Adnan kimi işlənir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti