Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

ARZUMAN fars.

ar(e)zumand sözü arzu edilən, istənilən, arzu, istək, məram; böyük arzu, yüksək məram, ulu istək; çox istənilən adam mənasındadır.

Sonradan dilimizin fonetik qanunlarına müvafiq Arzuman kimi tələffüz edilən, yazıda da bu cür formalaşmış şəxs adı arzu edilən, istənilən adam, insan mənasını ifadə edir. Adın təhrif olunmuş forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Son otuz ildə Azərbaycanda bir zamanlar populyar Arzuman şəxs adı öz populyarlığını itirmişdir desək, yanılmarıq. Cənubi Qafqazın digər respublikalarında mövcud kişi adları sırasındadır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti