lat. vulgaris – adi, sadə < lat. vilgus – kütlə
Ədəbi dilin leksik normalarına zidd olan kobud söz və ifadələr.
Bədii əsərdə müəllif obrazın xarakterini açmaq üçün bəzən vulqar sözlərdən istifadə edir. Yazıçı hər hansı surәtin mәdәniyyәtsizliyini xüsusi nәzәrә çatdırmaq, yaxud әsәrdə müəyyәn mәişət koloriti yaratmaq üçün personajların nitqində vulqarizm işlәdir; məsələn:
Var özgə vilayətdə də tək-tək köpək oğlu,
Hədsizdi bu viranədə, bişək, köpək oğlu. (Q.Zakir)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİnsanın keçdiyi həyat yolu ilə bağlı fəlsəfi fikirlərin əks olunduğu şeir.
Qoşmanın məzmunca fərqli növüdür. Vücudnamədə, adətən, insanın ayrı-ayrı yaş mərhələlərinin xüsusiyyətləri göstərilir. Vücudnaməyə şifahi xalq ədəbiyyatında, aşıq şeirində rast gəlinir; məsələn:
Üç yaşından beş yaşına varanda
Yenicə açılan gülə bənzərsən.
Beş yaşından on yaşına varanda
Arıdan saçılmış bala bənzərsən...
***
Səksənində sinən enər dizinə,
Doxsanında qubar qonar gözünə,
Koroğlu der, çünki yetdin yüzünə,
Uca dağ başında kola bənzərsən.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiFal baxıcılığı ilə bağlı olan şeir.
Heca vәznindә, dördmisralı, sadә dildә olması vә bәzi başqa xüsusiyyәtləri ilә bayatıya oxşayır. Vəsfi-hallar insanların dünyaya baxışını, adәtlәrini, etiqadlarını özündə yaşadan şeirlərdir. Vəsfi-hal belә ifa olunur: içi su ilә dolu olan bir badyanın ağzına yaylıq salınır. Badyanın yanında oturan adam badyadan çıxardığı hәr “nişanəyә” bir bayatışəkilli şeir söylәyir ki, buna vəsfi-hal deyilir; mәsәlәn:
Sarı çit, sarı yaxa,
Yoruldum qaxa-qaxa.
Başım-gözüm ağrıdı
Yollara baxa-baxa.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTərəflərdən birinin heç bir qrammatik şəkilçi qəbul etmədən digər tərəflə bağlanması.
Yanaşma əlaqəsi özünü daha çox birinci növ təyini söz birləşmələrində və zərflə feil arasındakı əlaqədə göstərir; məs.: mobil telefon, ikinci sıra, səlis danışma, dünən gəlib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiUşaq folkloru janrlarından biri: eyni və ya oxşar sәslәnәn sözlәrin təkrarlandığı kiçikhəcmli nəzm və ya nəsr əsəri.
Yanıltmacın əsas xüsusiyyəti ifrat alliterasiyadan istifadə yolu ilə mətnin tələffüzünü çətinləşdirməkdir; məs.: Ay ağquyruq qırqovul, qara qılquyruq qırqovulu gördünmü? Tələffüzü çətinləşdirən əsas məqamlar bunlardır: 1) səs məxrəci yaxın olan samitlərin (q-ğ, s-ş-z və s.) yanaşı işlənməsi: Aşpaz Abbas aş asmış, asmışsa da, az asmış; eyniköklü sözlərin və ya eyni sözün mürəkkəb qrammatik formalarının yanaşı işlənməsi: Ocağı qığılcımlandırma, sən qığılcımlandırsan da, qığılcımlanacaq, qığılcımlandırmasan da, qığılcımlanacaq. Fonetik xüsusiyyətə önəm verilməsi yanıltmacın məzmununu arxa plana çəkir. Bununla belə, həm şifahi, həm də yazılı ədəbiyyatda komik məzmunlu, maraqlı yanıltmaclara rast gəlinir. Yanıltmacdan azyaşlı uşaqların tələffüz və diksiyasını inkişaf etdirmək üçün tədris materialı kimi də istifadə olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiZərfliyin hərəkət və əlamətin yerini bildirən növü.
Haraya? harada? haradan? haraya kimi? haraya qədər? və s. suallardan birinə cavab verir. Yer zərflikləri, əsasən, məkan bildirən isimlərlə, ismi birləşmələrlə, yer zərfləri ilə ifadə olunur; məs.: Bəlkə, Bakıdan professor çağıraq? (İ.Əfəndiyev) Arvad elə bildi, Bəbir Ələmgilin həyətində kimisə qanına qəltan eləyib (İ.Məlikzadə). Arvad istədi qapıdan artırmaya boylansın (İ.Məlikzadə).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaş cümlədəki hərəkətin yerini bildirib haraya? harada? haradan? suallarından birinə cavab olan budaq cümlə.
Yer budaq cümləsi, adətən, baş cümlədən əvvəl gəlir. Budaq cümlədə haraya (ki), harada (ki), haradan (ki), o yerə ki, o yerdən ki, bir yerə ki, bir yerdə ki və s. bağlayıcı sözlər işlənir. Baş cümlədə oraya (ora), orada, oradan və bu kimi əvəzlik-qəliblər işlənir; məs.: Harada işləyirsən, oraya (ora) can yandırırsan. O yerdə ki meşə çox olur, orada insan rahat nəfəs alır. İndi harada ki qazıntı aparılır, keçmişdə orada böyük bir şəhər olub.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiİş və hərəkətin yerini, istiqamətini bildirən zərf.
Quruluşca üç növə bölünür: sadə, düzəltmə, mürəkkəb. Sadə yer zərfləri: aşağı, içəri, yuxarı, irəli, geri, ora, bura, yaxın, uzaq, sağ, sol, arxa, bəri və s. Düzəltmə yer zərfləri: ortalıqda, aralıqda və s. Mürəkkəb yer zərfləri: ora-bura, yan-yörə, dala-qabağa, otərəf-butərəf, sağa-sola, üzüyuxarı, üzüaşağı və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHaqqında bəhs olunan əşya, iş, hal və hərəkətin yerini, məkanını bildirən ismin halı.
Azərbaycan dilində yerlik halın morfoloji əlaməti -da2 şəkilçisidir. Kimdə? nədə? harada? suallarından birinə cavab verir: rayonda, kitabda, ölkədə və s. Cümlədə tamamlıq, yer zərfliyi və xəbərlik şəkilçisi qəbul edərək ismi xəbər olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiSahiblik, yiyələnmə anlayışlarını bildirən ismin halı.
Bu halın morfoloji əlaməti -ın4 şəkilçisidir. Kimin? nəyin? haranın? suallarından birinə cavab olur. Yiyəlik hal müstəqil şəkildə ancaq ismi xəbər ola bilir; məs.: Kitab müəllimindir. Daha çox isə özündən sonra mənsubiyyət şəkilçili sözlə birlikdə söz birləşməsi şəklində bir cümlə üzvü olur. Yiyəlik hal iki növə bölünür: müəyyən yiyəlik hal, qeyri-müəyyənlik bildirən yiyəlik hal.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHərəkətin yönünü, istiqamətini bildirən ismin halı.
Kimə? nəyə? və haraya? suallarına cavab verir. Morfoloji əlaməti -a2 (-ya2) şəkilçisidir. Cümlədə vasitəli tamamlıq, zərflik və ismi xəbər olur. Məs.: Uşaqlar həyətə (hara? – yer zərfliyi) getdi. Şagirdlər dəftərə (nəyə? – tamamlıq) yazı yazdı. Yolumuz rayonadır (haradır? – ismi xəbər).
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti