Yiyəlik hal mənasına malik olub onun qrammatik funksiyasını yerinə yetirən, lakin şəkilçi ilə işlənməyən hal.
Qeyri-müəyyən yiyəlik halda olan sözlər II növ təyini söz birləşməsinin birinci tərəfini təşkil edir; məs.: ağac yarpağı, məktəb direktoru, kitab vərəqi və s. İsmin bu halı formaca adlıq hala oxşayır (şəkilçisiz işlənir, nə? sualına cavab verir). Qeyri-müəyyən yiyəlik halda işlənən sözə müəyyənlik bildirən hal şəkilçisini əlavə etdikdə bu sözdə mənaca və sintaktik funksiyaca dəyişiklik yaranmır: sinif rəhbəri – sinfin rəhbəri, ana vəsiyyəti – ananın vəsiyyəti və s.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti