Maldarlıqla bağlı oxunan əmək nəğmələri.
S.N. sayaçı sözlərinin bir qolunu təşkil edir. Eydirmə nəğmələrinə oxşasalar da, məqsədi və ifa çalarına görə fərqlənir. Oxşama, nazlama üslubunda olan eydirmədən fərqli olaraq S.N.-ndə bolluğa, bərəkətə inam, ümid ifadə olunur.
Dağları, dərələri,
Daşları, bərələri.
Oturun, qoyun sağın,
Bol olsun kərələri.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiqəd. skand. saga – dastan < segja – danışmaq
1. X–XI əsrlər Skandinaviya xalqlarının həyatından bəhs edən İslandiya eposu; dastan.
S.-lar XIII–XIV əsrlərdə qədim island dilində yazıya alınıb. S.-da təhkiyə mənzum parçalarla növbələşən nəsr şəklində olur. Əsərin əvvəlində əsas qəhrəmanlar təqdim olunur: “...adında bir adam yaşayırdı. O, ... oğlu idi. ... ilə evlənmişdi” və s. Hər bir epos kimi S.-larda da çoxlu qəhrəman və personajlar olur. S.-nın süjeti bütöv bir nəslin, qəbilənin və tayfanın tarixçəsi üzərində qurulur. S.-da tarixi xronologiyaya ciddi əməl olunur.
2. İrihəcmli epik əsər.
Bu mənada S. termini bu sözün ilkin mənasının metaforikləşmiş forması kimi qəbul edilir. Çoxşaxəli süjetə malik olan, bir nəslin, ailənin həyat tarixçəsindən bəhs edən istənilən əsəri S. adlandırmaq olar; məs.: “Forsaytlar haqqında saqa” (Con Qolsuorsi).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiLirik şeirlərdə tez-tez rast gəlinən klassik obraz; işrət məclislərində içki və şərab paylayan şəxs.
Klassik ədəbiyyatımızda S. lirik qəhrəmanın tez-tez müraciət etdiyi, dialoq qurduğu obrazdır. M.Füzulinin “Leyli və Məcnun” poemasında S. ilə olan söhbəti misal gətirmək olar. S. daha çox eşq mübtəlasına düşmüş qəhrəmanın halını anlayan, dərdinə şərik olan obraz kimi çıxış edir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMüxtəlif misralarında cığa bəndi işlənən gəraylı.
Ədəbiyyatımızda ilk dəfə Molla Cümənin yazdığı ehtimal olunur.
Aşiq məşuqdan ayrılsa,
Canı yanar,
Təzanə vurar,
Simin qırar,
Saz vay eylər.
Yarı yadla gəzən görsə,
Bir ah çəkər,
Qəddin bükər,
Yaşın tökər,
Göz vay eylər.
Qiyməti yoxdur maçının,
O müşk-ənbər saçının.
Baxtı dönsə bir ovçunun,
Murğu uçar,
Dağdan keçər,
Ceyran qaçar,
Düz vay eylər.
Fələk qoymur yetim kama,
Heç kəs dözməz bu sitəmə.
Dost boynuna Molla Cümə,
Qolun dolar,
Qurban olar,
Busə alar,
Üz ay eylər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiOrta әsrlәr rus әdәbiyyatında tarixi hadisələri xronoloji ardıcıllıqla təsvir edən ədəbi janr.
Müәllifinin şәxsәn şahidi, yaxud iştirakçısı olduğu tarixi hadisәlәrin ardıcıl tәsvirindәn ibarәt olan әsәrdir. S.-lər tarixi həqiqətləri öyrənmək və tədqiq etmək üçün mükəmməl tarixi mənbələrdir. Bu cür S.-lәr getdikcә işlәnib dәyişilәrәk tamamlanıb vә məcmuәlər әmәlә gәtirib. İlk belә mәcmuәni 1112-ci ildә salnamәçi-monax Nestor yazıb.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiUşaq folkloru janrlarından biri: oyuna başlayarkən oxunan ritmik şeir.
S., əsasən, oyun iştirakçılarının oyundakı yerini müəyyənləşdirmək üçün oxunur. Bu proses, bir növ, püşkatmaya bənzəyir. Bu şeirlərdə bir heca və ya söz bir takt kimi qəbul olunur və sonuncu taktla müvafiq funksiyanı yerinə yetirəcək oyun iştirakçısı müəyyənləşir. Çox güman ki, ilkin dövrlərdə S.-lar say sistemini uşağa öyrətmək məqsədi daşıyıb. Onlar ibtidai insanların təbiətdəki ayrı-ayrı predmetlərin sayını, sırasını, rəngini, əlamətini və s.-ni müəyyənləşdirmə cəhdini xatırladır:
Bir-iki,
Qırmadı.
Üç-dörd,
Vurmadı.
Beş-altı,
Xurmadı.
Yeddi-səkkiz
Qurmadı.
Doqquz-on,
Durnadı.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTəzənə (mizrab) ilə çalınan simli çalğı aləti.
S. aşıq sənətinin ayrılmaz tərkib hissəsidir. Bu alət eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, aktyorluq və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti Azərbaycan milli mədəniyyətinin ən əski çağları ilə bağlıdır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiQazax ədəbiyyatına Abay tərəfindən gətirilən səkkizmisralı şeir forması.
Bir neçə bənddən ibarət bu şeirdə birinci, ikinci, dördüncü və beşinci misralar beşhecalı və həmqafiyə, üçüncü, altıncı, yeddinci və səkkizinci misralar isə səkkizhecalı və həmqafiyə olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiital. sestina < lat. sex – altı
Trubadur poeziyasında altı bənddən ibarət altımisralıq mənzum əsər.
S.-nın qafiyə quruluşu çox mürəkkəbdir. Birinci bənddəki qafiyəli sözlər sonrakı bəndlərdə fərqli ardıcıllıqla təkrar olunur. Güman edilir ki, S.-nın yaradıcısı trubadur şair Arnaut Daniel olub. Dante “İlahi komediya”sında Danieli yüksək qiymətləndirmiş və S.-dan geniş istifadə etmişdir. S. janrına rus şairləri Mey, Bryusov, Kuzmin də müraciət etmişlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiyun. semeion – işarə
Ədəbi mətndə informasiya daşıyan işarələr sistemi; bu sistemi öyrənən elm.
Mürəkkəb fəlsəfi anlayış olan S. filoloji baxımdan mətnin sintaktik, semantik və praqmatik aspektlərdə analizini nəzərdə tutur. Qavrayışdan asılı olmayaraq sintaktik işarələr sisteminin daxili xüsusiyyətlərini, semantik işarələrlə anlayışlar arasındakı əlaqəni, praqmatik işarələrin adresat tərəfindən qavrayışı problemlərini öyrənir. S. elminin nəzəri əsaslarının işlənib-hazırlanmasında Estoniya alimi Y.Lotmanın böyük rolu olub.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. censor < censere – qiymətləndirmək, nəzərdən keçirmək
Məlumat, fikir və ideyanın hər hansı şəkildə cəmiyyətdə yayılması üzərində nəzarət sistemi.
S. söz və mətbuat azadlığının dövlətin, ictimaiyyətin sosial-siyasi maraqlarına uyğun məhdudlaşdırma formasıdır. Bu nəzarət hər hansı veriliş və ya məlumatın, bədii və ya elmi əsərin əvvəlcədən nəzərdən keçirilməsini və yalnız bundan sonra onun kütləvi yayımına icazə veril(mə)məsini nəzərdə tutur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜmumi mövzu, məqsəd, yaxud başqa əlamətə malik (məs.: dizayn) əsər və ya kitablar.
Adətən, S.-nın da öz adı olur. Yazıçı müəyyən bir obrazı qəhrəman kimi seçərək S.-nı onun adı ilə adlandıra bilər; məsələn: Məstan Günərin “İbişin sərgüzəştləri” S.-sı. Nəşriyyatlar çox zaman kitabları S.-lar şəklində nəşr edir; məsələn: “Görkəmli şəxsiyyətlər seriyası”.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti