Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

roman-parabola

Kiçikhəcmli didaktik hekayələrin geniş yer aldığı roman.

R-P. və roman-pritça məzmun baxımından bir-birinə bənzəyir. Parabola sanki əyri (parabola) xətt üzrə hərəkət edən kiçikhəcmli didaktik hekayələrdir. Mücərrəd əşyalarla başlayan hekayə əsas mövzuya doğru yaxınlaşır, sonra isə yenidən əvvəlki vəziyyətinə qayıdır. Təhkiyənin bu xüsusiyyəti ona gətirib çıxarır ki, pritçadan fərqli olaraq parabola əsərin situasiya əsasını sarsıtmır.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

roman-pritça

Roman janrına pritçaya aid elementlərin əlavə edilməsi ilə yaranan janr.

Pritçadan fərqli olaraq R-P.-da təhkiyə daha geniş olur. Pritça elementləri nə qədər çox olursa, bədiilik bir o qədər az olur. R-P.-nın faktlarla dolu planı olur və bir çox detalları əhatə edir. Azərbaycan ədəbiyyatında Nurəddin Ədiloğlunun “Azərnur”, Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərləri R-P.-dır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

royalti

Əsərin müəlliflik hüququndan istifadəsinə görə müəllifə ödənilən vəsait, məbləğ.

Birdəfəlik ödənişdən fərqli olaraq R. müəllifin kitabının satışından əldə edilən gəlirin faizi şəklində olur.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rücu

Antitezanın növlərindən biri: bir fikri daha qüvvətli ifadə etmək üçün əvvəl deyilmiş fikirdən imtina edilməsi.

Müəllif guya fikrini dəyişdirib söylədiyi sözdən dönür, əslində isə həmin fikri əvvəlkindən daha qüvvətli, mənalı bir səviyyəyə qaldırır; məsələn:

Ərbabi-təşaür çoxalıb, şair azaldı,

Yox, oylə deyil, şairin ancaq adı qaldı. (Naci)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

rükn

Əruz vəznində bəhrləri səciyyələndirən təməl ünsürlər, fonematik vahidlər.

Əruzun 6 əsas R.-ü vardır:

1) yüngül səbəb (bir hərəkəli və bir hərəkəsiz hərf);

2) ağır səbəb (iki hərəkəli hərf);

3) yanaşı vətəd (iki hərəkəli və bir hərəkəsiz hərf);

4) aralı vətəd (bir hərəkəli, bir hərəkəsiz və bir hərəkəli hərf);

5) kiçik fasilə (üç hərəkəli və bir hərəkəsiz hərf);

6) böyük fasilə (dörd hərəkəli və bir hərəkəsiz hərf).

Azərbaycan ədəbiyyatında əruzşünas alim, prof. Əkrəm Cəfər R.-ləri ünsür adlandırıb və onları Azərbaycan dilinə uyğunlaşdırıb: dil, qələm, pərdə, nü, nüvə və can. Burada qapalı hecalar klassik R.-lərdəki uzun hecaları, açıq hecalar isə qısa hecaları əvəz edir; ikiqat uzun heca isə “can” ünsürü ilə ifadə edilir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti