Nəsihətamiz (mənəvi və dini), didaktik-alleqorik xüsusiyyətə malik kiçik ibrətamiz hekayə.
P.-da fikir üstüörtülü şəkildə, mətnaltı, dolayısı ilə oxucuya çatdırılır. P. kiməsə, nəyəsə ünvanlana, müraciət oluna bilər. P.-da təhkiyə dili isə təsirli və kinayəliliyi ilə fərqlənir. Qeyd etmək lazımdır ki, P. zamansız, şərti-sxematik məkanla səciyyələnir. Müasir dövrdə bu janrda yazan məşhur müəlliflərdən biri hind yazıçısı Entoni de Mellodur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti