Şeirdə qafiyələnən misraların sonunda, qafiyə yaradan sözdən sonra təkrarlanan söz və ya ifadə.
Epiforik təkririn bir növü olan R. şeirdə ahəngi qüvvətləndirir, qafiyəni daha da zənginləşdirir, şeirin təsir gücünü artırır:
Ov kеçdi bərədən, ata bilməzsən,
Uçdu gеtdi əldən, tuta bilməzsən,
Yеrisən, yüyürsən, çata bilməzsən,
Görürsən ki, baxtın yatdı, sən də yat. (Aşıq Ələsgər)
Nümunədə “bilməzsən” R.-dir, “ata”, “tuta”, “çata” isə qafiyə təşkil edən sözlərdir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik şeirdə qafiyə elementi: qafiyə yaradan sözün kökündəki son hərf.
Nümunə:
Mülki-hüsnün böylə zalim padişahi olmağıl
Kim, sana zalim desə adil, güvahi olmağıl. (M.Füzuli)
Bu nümunədə qafiyə yaradan “padişahi” və “güvahi” sözlərindəki “h” samiti R.-dir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiKlassik şeirdə qafiyə növü olaraq rəvidən əvvəlki uzun sait.
Həmin uzun sait ridfi-əsli də adlanır. Nümunə:
Hər birinə hami oldu bir şah,
Zövqi süxənimdən oldu agah.
Nümunədə işlənmiş şah, agah sözlərində rəvidən əvvəl yerləşmiş “a” saiti R.-dir. Əgər rəvi və ridfi-əsli arasında hər hansı bir samit səs işlənərsə, bu samitə ridfi-zaid deyilir; məsələn:
Ey məğzi-vəfayə nisbətin pust,
Həmrəngi-pəlasi-xaneyi-dust.
Burada pust və dust sözlərində “t” hərfi rəvi, “u” hərfi ridfi-əsli, onların arasındakı “s” samiti ridfi-zaiddir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜslubi fiqur: cansız əşyaya canlı, hadisədə iştirak etməyənə iştirak edən və ya təsəvvür edilənə real insan kimi müraciət edilməsi.
R.M. şərti xarakter daşıyan xitabdır; məsələn: Ah, ana təbiət, ana təbiət! Ən böyük övladın insandır gerçək (S.Vurğun). R.M.-ə monoloqlarda daha çox rast gəlinir. Onun əsas vəzifəsi kimə və ya nəyə isə münasibət bildirmək, onu səciyyələndirmək, nitqin ifadəliliyini gücləndirməkdir: Qara torpaq! Qara torpaq! Sənin dərdin nə böyükdür (S.Vurğun). R.M. bəzi mənbələrdə metobaz, metabazis və ya apostrofa da adlanır.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBədii nitqdə cavabı tələb olunmayan və ya soruşanın özü tərəfindən cavablandırılan sual; bədii sual.
R.S.-ın kifayət qədər müəyyənləşdirilmiş, hamıya məlum cavabı olur, buna görə də R.S., əslində, sual şəklində ifadə olunmuş təsdiqdir. Bədii sual əsərdə fikri qüvvətli şəkildə çatdırmağa xidmət edən vasitələrdən biridir.
Hanı məni gül qoynunda doğuran?
Məzarımda laylay balam çağıran? (A.İldırım)
Məni candan usandırdı, cəfadan yar usanmazmı?
Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? (M.Füzuli)
Bəzi hallarda R.S.-dan oxucu və ya dinləyicinin fikrini deyiləcək fikrə yönəltmək üçün istifadə olunur. Bu zaman müəllif qoyduğu suala özü cavab verir; məsələn: İblis nədir? – Cümlə xəyanətlərə bais. Ya hər kəsə xain olan insan nədir? – İblis. (H.Cavid)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiÜslubi fiqur: hər hansı fikrin və ya onun müəyyən struktur hissəsinin qırılması.
Bu zaman müəllifin situasiyaya münasibətinə və mətnin əvvəlki hissəsinə əsasən söhbətin nədən getdiyini təxmin etmək olur; məsələn:
...Əhvalat uzundur, nə deyim.
Bəsdir bunu desəm:
dana ölmədi bu azardan.
Ancaq Gülxaranın
qaragöz kiçik qızı...
Beşcə qulac bez aldılar bazardan.
***
Quyruğunu qoyub belinə
qaçır, tullanır sarı dana indi.
Ancaq soruşan yoxdur,
Yaşıl otlar içindəki
O balaca qəbir kimindi?!. (R.Rza)
R.S.-dan tabu leksikasından, varvarizmlərdən qaçmaq məqsədilə də istifadə olunur: “Bir dayan!..”, “Yalan deyənin!..”.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiD.Defonun “Robinzon Kruzo” romanının adından
Macəra ədəbiyyatının xüsusi növü: kimsəsiz adada sərgüzəştlərdən bəhs edən əsərlər.
Bu əsərlərdə kimsəsiz adada uzun müddət yaşamalı olan bir və ya bir neçə adamın sərgüzəştləri təsvir edilir. Məsələn, J.Vernin “Sirli ada”, R.Stivensonun “Dəfinələr adası”, H.Uelsin “Doktor Moronun adası”, U.Qoldinqin “Milçəklər kralı” və s. R. nümunələridir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiƏsasən, nəsrlə yazılan irihəcmli epik əsər.
Avropada XII–XIII əsrlərdə roman xalqlarında (fransız, ispan, italyan və s.) təhkiyə üsulu ilə yazılan bütün əsərlər R. adlanırdı. Sonradan bu termin özünəməxsus xüsusiyyətləri olan epik janr kimi qəbul edilib. R.-da hadisələrin təsviri hekayə və povestdən fərqli olaraq daha geniş planda verilir. Bu janrda baş qəhrəmanın dinamik inkişafı, onun bütün ömür yolu, mürәkkәb həyat prosesləri öz əksini tapır. Ədəbiyyatımızda ana dilində yazılmış ilk R. Nəriman Nərimanovun 1896-1899-cu illərdə yazdığı “Bahadır və Sona” əsəridir. Silsilə təşkil edən ikihissəli R. dilogiya, üçhissəli R. trilogiya adlanır. R.-nın tarixi R., psixoloji R., ailə-məişət R.-ı, polifonik R. və s. növləri var. Nəzmlə yazılan R.-lara mənzum R. deyilir.
Həmçinin bax:
Müxtəlif mifoloji ənənələrin, hansısa mifoloji arxetiplərin poetik rekonstruksiya materialı kimi istifadə olunduğu roman.
R-M.-də ədəbi mifologiyanın müxtəlif formaları təcəssüm olunur: klassik mif aktuallaşdırılması, məşhur mifoloji süjetlərin interpretasiyası, “müəllif” kvazimiflərin yaradılması. E.M.Meletinski R-M.-in üç növünü ayırıb:
– klassik R-M.-i: “İncil”dəki süjetlər, Homerin poemaları, kelt və alman əfsanələri və s. əsasında yazılır (məs.: T.Mannın “İosif və onun qardaşları” əsəri);
– müəllif R-M.-i: mifoloji mətnlər əsasında yaranır (məs.: F.Kafkanın “Qəsr” romanı);
– folklor-etnik R-M.-i: mif-mərasimləri əsasında yazılır (məs.: Q.Qarsia Markesin “Yüz ilin tənhalığı” romanı).
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDekonstruksiyaya uğramış mifoloji süjetlər əsasında yazılmış roman.
R-A. roman-mifdən fərqli olaraq özündə müstəqil janr konstruksiyasını ifadə edir. R-A.-də formanın saxlanılması ilə ənənəvi semantikanın dağıdılması baş verir. Məsələn, Kamal Abdullanın “Yarımçıq əlyazma” romanında “Kitabi-Dədə Qorqud” dastanı dekonstruksiyaya uğrayır, dastanın qəhrəmanları tamamilə fərqli təsvir olunur.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti