Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

ridf

Klassik şeirdə qafiyə növü olaraq rəvidən əvvəlki uzun sait.

Həmin uzun sait ridfi-əsli də adlanır. Nümunə:

Hər birinə hami oldu bir şah,

Zövqi süxənimdən oldu agah.

Nümunədə işlənmiş şah, agah sözlərində rəvidən əvvəl yerləşmiş “a” saiti R.-dir. Əgər rəvi və ridfi-əsli arasında hər hansı bir samit səs işlənərsə, bu samitə ridfi-zaid deyilir; məsələn:

Ey məğzi-vəfayə nisbətin pust,

Həmrəngi-pəlasi-xaneyi-dust.

Burada pustdust sözlərində “t” hərfi rəvi, “u” hərfi ridfi-əsli, onların arasındakı “s” samiti ridfi-zaiddir.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti