Reklam
Reklam

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

polimetriya

yun. poly – çox + metreo – ölçürəm

Mənzum əsərdə ona vəzn rəngarəngliyi verən bir neçə şeir ölçüsünün işlənməsi.

Nümunə: M.Füzulinin “Leyli və Məcnun” poeması məsnəvi şəklində yazılsa da, orada qəzəl, qəsidə, rübaimürəbbelərdən istifadə edilib ki, buna da P. deyilir.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

poliptot

yun. poly – çoxsaylı fleksiya, hallanma

Üslubi fiqur: eyni sözün ismin müxtəlif hallarında işlədilməsi.

P. annominasiyaepimona ilə yaxın fiqurdur. Fərq yalnız ondadır ki, burada sözün müxtəlif qrammatik formaları dedikdə yalnız ismin müxtəlif halları nəzərdə tutulur; məsələn:

Məni məndə demə, məndə deyiləm,

Bir mən vardır məndə məndən içəri. (Yunus Əmrə)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

polisindeton

yun. polysyndeton – çoxbağlayıcılıq

Üslubi fiqur: cümlədə bağlayıcıların təkrar olunması; çoxbağlayıcılıq.

Bu zaman yaranan fasilələr nitqin sürətini azaldaraq ayrı-ayrı sözlərin daha qabarıq verilməsinə, nitqin ifadəliliyinin artırılmasına xidmət edir. Məsələn:

Ya ünvan axtaran fikir,

Ya ayrılıq, ya da qəmdi

Qapı vaxtsız döyüləndə. (R.İsmayıllı)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

pornoqrafiya

yun. pornos – satılan + grapho – yazıram, təsvir edirəm

Seksual hislər oyatmaq məqsədilə əsərdə cinsi əlaqənin açıq şəkildə təsvir edilməsi.

P. termini ilk dəfə XVIII əsrdə fransız yazıçısı Retif de Bretonna tərəfindən işlədilib. P. erotikanın ifrat formasıdır. Belə ki, əgər erotikada çılpaq bədənin gözəlliyi əks olunursa, P.-nın məqsədi çılpaq bədəni və ya cinsi əlaqəni təsvir etməklə oxucuda şəhvani ehtiras hissi yaratmaqdır. Bir çox ölkələrin, o cümlədən Azərbaycanın qanunvericiliyinə görə, mətbuatda və nəşr olunan əsərlərdə pornoqrafik səhnələrin təsviri qadağandır.

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

primitivizm

lat. primitivus – birinci, başlanğıc

İncəsənətin bir çox sahələrində futurizmə qarşı yaranmış fəlsəfi-estetik cərəyan.

Fransada yaranıb. Bu cərəyanın nümayəndələri insanın ibtidai həyat tərzini, təbii davranışını üstün tutur, sənaye və texnologiyanın əleyhinə çıxırlar.

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti

prolepsis

yun. – fərzetmə, əvvəlcədən hissetmə, öncəgörmə

1. Bax: fləşforvard.

2. Üslubi fiqur: danışanın gözlənilən etiraz və tərəddüdlərini qabaqlayaraq onları nitqinə gətirməsi və rədd etməsi.

Nümunə: “...Məşədi İbadın nəyi və harası Rüstəm bəyə xoş gəlibdir ki, gözəl qızı olan madmazel Gülnazı ona verir? Gözəlliyi? Xeyr! Məşədi İbad, ərz eylədim ki, çirkindir. Cavanlığı? Xeyr, Məşədi İbad qocadır” (Ü.Hacıbəyli).

3. İsim və onu əvəz edən əvəzliyin yanaşı işlədilməsi.

Nümunə:

Sizə yox! Sizə yox!.. Mən öz canımı

Ona tapşırıram... ona... qızıma... (S.Vurğun)

Həmçinin bax:

Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti