lat. nihil – heç nə
Hamı tərəfindən qəbul olunmuş dəyərləri, mənəvi-etik normaları, idealları və әnәnәlәri inkar edən dünyagörüşü, fəlsəfi yanaşma.
XIX əsrin əvvəllərində alman filosofu A.H.Yakobi tərəfindən işlədilən bu termin sonradan F.Nitsşenin əsərlərində fəlsəfi məfhum kimi tam formalaşıb. XX əsrin əvvəllərində N. ədəbi ənənələri inkar edən bir sıra modernist və avanqardist cərəyanların əsasını təşkil edib. Rus ədəbiyyatında bu ifadə İ.S.Turgenevin “Atalar vә oğullar” romanında baş qəhrəman Yevgeni Bazarovun “nihilist” adlandırılmasından sonra geniş yayılıb.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiTürk (osmanlı) xalq ədəbiyyatında layla janrı.
Forma və məzmunca Azərbaycan ədəbiyyatındakı “layla” janrına oxşayır. Ana öz övladını əmizdirərkən və ya onu yatızdırarkən oxuduğu nəğmədir. N.-lər dördmisralıq şeir şəklində olur:
Sənə Tanrı ərməğanı
Desəm, yatarmısın, yavrum.
Gələcəyin qəhrəmanı
Desəm, yatarmısın, yavrum.
Nadir hallarda mənsur N.-lərdən də istifadə olunub. “Divanü lüğat-it-türk”də N. “balubalu” kimi qeyd edilib.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBaharın başlanması münasibətilə yazılan şeir.
Çox vaxt qəsidə formasında yazılıb, təmtəraqlı təsvir və tərənnümdən ibarət olur. Bu baxımdan bahariyyəyə çox yaxındır. Aralarındakı başlıca fərq N.-də bahar bayramı “Novruz”un təbrik olunub alqışlanmasıdır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiDini mәzmunlu şeir parçaları.
İslam dinində şiəlik təriqəti ilə bağlı olub imamların başına gələn fəlakətlərdən, Kәrbәla hadisәlәrindən bəhs edir və şəbih tamaşalarında ifa olunur; məsələn:
Basdıqda Kərbəlaya qədəm Şahi-Kərbəla,
Оldu nişani-tiri-sitəm Şahi-Kərbəla.
Düşmən охuna qеyr sipər görməyüb rəva,
Yaхmışdı cana daği-ələm Şahi-Kərbəla.
Əda müqabilində çəkəndə səfi-sipah,
Qılmışdı məddi-ah ələm Şahi-Kərbəla. (M.Füzuli)
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti