sanskrit. bhikşu – müəllim, ustad
1. Bir çox türk xalqlarında özünü dütarda müşayiət edən şair-nəğməkar.
Kütləvi savadsızlıq dövründə özbək, qazax, qırğız, uyğur, türkmən və qaraqalpaq xalqlarında B.-lər xalq eposunun qoruyucusu olub, musiqi və folklor ənənələrinin nəsildən nəslə ötürülməsində böyük rol oynayıblar. Qaraqalpaqlarda və qazaxlarda bu termin “baksı” şəklində işlənir.
2. Şamanizmdə həkim-cadugər.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiBalıqçılıq və balıqçı məişəti ilə bağlı oxunan əmək nəğmələri.
Bu nəğmələr daha çox dəniz və çay ətrafında yaşayan xalqların poetik düşüncəsinə xas olub. B.N. şifahi poeziyanın ilkin inkişaf mərhələlərinə aid edilir. Azərbaycan folklorunda da B.N.-nə rast gəlinir:
Tor doldu,
Tarım oldu.
Qayığım
Yarı oldu.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətifr. ballade > lat. ballare – rəqs etmək
Qərb ədəbiyyatında müəyyən süjetə malik lirik-epik şeir forması.
Əsasən, tarixi-əfsanəvi, qəhrəmanlıq mövzusunda olan B.-da bəndlərin sayı və qafiyə quruluşu müxtəlif xalqlarda fərqli olub. Mənşəcə italyanlara məxsus olsa da, daha geniş yayılmış fransız B.-sıdır. B.-nın bəndləri, adətən, 8, 10, 12 misradan ibarət olur. Dörd misradan ibarət olan sonuncu bənd yarımbənd adlanır. Dünya ədəbiyyatında bu janrın ən görkəmli ustaları F.Viyon, R.Börns, A.Jukovski, A.S.Puşkin və başqalarıdır. Azərbaycan ədəbiyyatında S.Vurğun (“İslam balladası”), M.Araz (“Əsgər qəbri haqqında ballada”), B.Vahabzadə (“İtlə at haqqında ballada”) yaradıcılığında da rast gəlinir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətikelt. bardos – oxumaq, ifa etmək
Qədim keltlərdə öz mahnılarını musiqi alətində (əsasən, arfada) ifa edən nəğməkar-şair.
B. poeziyası M.ö. yaranıb. Müəyyən dövrdə B.-lar saray şair-ifaçısı kimi fəaliyyət göstəriblər. B. olmaq üçün uzun müddət (10–12 il) xüsusi məktəbdə təlim almaq lazım idi. B. poeziyası romantizmin inkişafına təsir edib. XIX–XX əsrlərdə B., əsasən, “şair” sözünün sinonimi kimi işlənib. Müasir dövrdə öz şeirlərinə bəstələdiyi mahnıları simli alətlərin (əsasən, gitaranın) müşayiəti ilə ifa edən şairə də B. deyilir.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətilat. baroco – sxolastik məntiqdə sillogizmin növlərindən biri; ital. barocco – qəribə, möcüzəli; fr. baroque – “yöndəmsiz”, “qüsurlu”, “ifrat meyilli”
Avropa mədəniyyətində Renessans və klassisizm dövrləri arasında mövcud olmuş estetik istiqamət, bədii üslub; həmin istiqamətin geniş yayıldığı dövr – XVII–XVIII əsrlər.
B. termini XVI–XVII əsrlərdə İtaliya sənətşünaslığında (memarlıq və təsviri incəsənət) istifadə olunub, XIX əsrin ortalarından ədəbiyyatşünaslıqda da işlənməyə başlayıb. B. ədəbiyyatı forma mürəkkəbliyi, möhtəşəmliyə, təmtərağa meyilliyi ilə seçilir. İnsan və dünya arasında, eləcə də şəxsiyyətin daxili aləmindəki qarşıdurmalar bu ədəbiyyatın əsas mövzusunu təşkil edir. B. fəlsəfəsində romantizmdə tərənnüm olunan təbiilikdən imtina edilir, təbiilik vəhşiliyin, ədəbsizliyin sinonimi kimi təqdim olunurdu.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞifahi və yazılı ədəbiyyatda lirik növün geniş yayılmış janrı; dördmisralıq şeir.
B.-ların sabit forma xüsusiyyətləri var. B.-nın hər misrası 7 hecalı olur. Qafiyə quruluşu a.a.b.a şəklindədir. B.-da əsas fikir üçüncü və dördüncü misralarda ifadə olunur. B.-lar, əsasən, “Mən aşiq”, “Aşiqəm”, “Eləmi”, “Əziziyəm”, “Əzizim” ifadələri ilə başlayır; məsələn:
Əzizim suda yandı,
Sel kəsdi, su dayandı.
Eşq oduna su tökdüm,
Alışdı, su da yandı.
B.-lar daha çox məhəbbət mövzusunda olsa da, sosial-fəlsəfi, əxlaqi-tərbiyəvi məzmunlu B.-lar da çoxdur. Sarı Aşıq, Xəyyat Mirzə, Ş.İ.Xətai, M.Əmani, Q.Zakir kimi şairlər çoxlu B. müəllifidirlər.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiing. best seller – ən yaxşı satılan
Böyük tirajla çap olunub satılan kitab.
B. termini ilk dəfə 1889-cu ildə işlədilib. Daha çox roman və povest janrlarında olan B.-lər məzmunca müxtəlif ola bilər. Dünya ədəbiyyatında B.-lər daha çox macəra, detektiv və elmi fantastika janrındadır.
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiHər bəndi beş misradan ibarət şeir şəkli.
Ədəbiyyatda bəzən müxəmməs və ya təxmisə B. deyilir. Lakin B. termini yalnız bənd quruluşuna aid edilir; bu şeir şəklində olan poetik nümunələr vəzn, bölgü, qafiyə, ahəng və s. xüsusiyyətlərinə görə fərqlənir. S.Vurğunun “Azərbaycan” şeiri B.-dir, ancaq müxəmməs deyil. Çünki bu B.-in hecası, qafiyəsi, ölçüsü və s. müxəmməsin tələblərini ödəmir. Tofiq Bayram yaradıcılığından nümunə:
Mən bir yanda sənə möhtac,
Sən bir yanda gəzdin əlac.
İki qəlbdə bir ehtiyac,
Övladıyıq bir həsrətin,
Ay gecikən məhəbbətim!..
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiŞərq poeziyasında şeirin bitmiş fikir ifadə edən iki misradan ibarət hissəsi.
Klassik ədəbiyyatda B.-lər şəklində olan şeirlər (qəzəl, qəsidə, qitə, məsnəvi və s.) əruz vəznində yazılıb. B.-lər bir-biri ilə qafiyələnə bilər:
Ay nə lazım, sən kimi məhru kifayətdir mənə,
Gül nə lazım, sən kimi xubru kifayətdir mənə. (M.Füzuli)
Qafiyələnməyən beytlər də var:
Biz ədl sarayıykən zülm ilə xərab olduq,
Zalımlar olan qəsrə gör neyləyəcək dövran!.. (Ə.Xaqani)
Müstəqil şeir şəklində olan B.-lər də var. Aforistik məzmun daşıyan bu B.-lərdən, adətən, iri didaktik əsərlərdə (“Qabusnamə”, “Gülüstan” və s.) hər hansı fikri əsaslandırmaq üçün istifadə olunur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğətiMeydan tamaşalarının bir forması; müxtəlif növ bəbəklərlə (kuklalarla) göstərilən tamaşa.
B. meydanlarda, karvansaralarda, bazar qarşısında və camaatın sıx olduğu başqa yerlərdə oynanılırdı. Məşhur tamaşası “Keçəl pəhləvan”dır. Bu tamaşalarda istifadə olunan əsas kukla növləri qolçaq, müqəvva, güdü, kosagəlin, çömçəgəlin və s.-dir.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti