Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

bayt

ing. byte – hissə, parça

Rəqəmsal informasiyanın saxlanması və emal olun­ması vahidi.

Əsas rəqəmsal informasiya vahidi olan B. kompüterdə eyni anda emal olunan bitlərin sayına (8 bit) bərabər götürülür. Buna görə bəzi sistemlərdə B. əvəzinə «oktet» terminindən istifadə ­edi­lir, B.-ın yarısı isə (dörd bit) nibbl ad­lan­­dı­rı­lır. Kodlaşdırma sistemlərinin əksə­riy­yətində hər simvol kompüterin yaddaşında 1 bayt yer tutur; məsələn, "kompüter" ifadəsinin özündə 8 B.-lıq ­informasiya var. B. ter­mi­nindən ilk dəfə amerikalı alim Verner Buxhols 1956-cı ildə istifadə edib.

Jurnalistika terminləri lüğəti

bekronim

ing. back – geri, arxa + yun. akros – uca + yun. onyma – ad

Mövcud söz əsasında yaradılan, yaxud ona yeni məna verən abreviatur.

Belə abre­via­tu­rlar, adətən, termin kimi istifadə edilir; mə­sə­lən, kompüterdə proqram dillə­rin­dən biri olan BASİCBeginner’s All-purpose Symbolic Instruction Code (baş­la­yan­lar üçün universal rəmzi təlimat kodu) sözlərinin baş hərflərindən əmələ gəlib, amma eyni zamanda ingilis dilində «özül, əsas» de­məkdir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

beynəlxalq jurnalistika prinsipləri

Bey­­nəl­xalq jurnalist təşkilatları tərəfindən qəbul olunmuş peşə fəaliyyəti qaydaları və etik normalar.

Bu qayda və normalar ümu­mi olaraq «Jurnalistlərin davranış prin­­sipləri haqqında deklarasiya» və «Jur­nalist­lərin peşə etikasının beynəlxalq prinsipləri» adlanan sənədlərdə öz əksini tapıb. Birinci sənəd Beynəlxalq Jurnalistlər Federa­siya­sının II konqresində (1954) qə­bul olunub və sonra (1986) təkmil­ləşdirilib. O, jur­nalist­lərdən həqiqətə xidmət, əha­linin informasiya almaq hüququnun və informasiya mənbələrinin mötəbərliyinin təmin olun­ması, doğru-dürüstlük, səhv­lərin dər­hal düzəldilməsi və tənqidə cavab imka­nının ya­radılması, informasiyanın vicdanlı üsul­larla toplanması, peşə sirrinin və infor­masiya mənbəyinin qorunması, dis­kri­­minasiyaya, faktların qəsdən təh­rifinə, şərəf və ləyaqətin alçal­dılmasına, plagiata yol verilməməsi, peşə müstə­qil­liyinin, şərə­finin və həmrəy­liyinin yüksək tutulması kimi keyfiyyətlər tələb edən 9 bənddən ibarətdir. İkinci sənəd 1983-cü ildə YUNES­KO-nun himayəsi altında dün­yanın ən bö­yük regional jurnalist təş­ki­latları tərəfindən qəbul olunub və 10 prinsipə bölünür: və­təndaşların informasiya almaq hüququ; olayların obyektiv işıqlan­dırılması; jurnalistin sosial məsu­liy­yəti; jurnalistin professional şərəfi; KİV-ə ictimai çıxış və onların işində iştirak etmək imkanı; özəl həyata hörmət və lə­yaqətin qorunması; ictimai maraqların göz­lə­nil­məsi; ümum­bə­şəri də­yər və mə­dəni müx­təlifliyə sayğı; bəşə­riyyətə təhlükə gətirən bəlalarla mü­barizə; yeni ümumbəşəri informasiya və kommuni­kasiya nizamının inkişafı. Bundan başqa, Avropa Şurası Parlament As­sam­bleyası 1993-cü ildə qəbul etdiyi qətna­məsində informasiyanın ictimai inkişafda birincidə­rəcəli rolunu nə­zərə alaraq həmin prin­sipləri detallaşdırıb və ictimai-siyasi, fəlsəfi baxımdan əsas­lan­dırıb.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

bədii redaktə

Verilişin, dövri nəşrin, hər hansı yaradıcılıq məhsulunun mütəxəssis tərəfindən həyata keçirilən tərtibatı pro­sesi.

Buraya əsərin bədii tərtibatının kon­­sepsiyasının işlənməsi, eskizlərin, di­zayn elementlərinin, qrafik materialların, illüs­trasiyaların, maketlərin və orijinal-ma­ket­lərin hazırlanması, habelə onların ilkin va­riantlarının təhlil, qiymət­lən­di­ril­məsi və təkmilləşdirilməsi daxildir.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti