Reklam
Reklam

Jurnalistika terminləri lüğəti

teleradio verilişləri

Teleradio yayımı üçün hazırlanan, təşkilati və tematik ba­xımdan teleradio proqramlarının ayrıca bitkin hissəsi sayılan informasiya xarakterli, habelə digər audiovizual mate­rial­ların top­lusu.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

teletayp

lat. tele – uzaqdan + ing. type – çap etmək

Klaviaturaya və yazı maki­na­sına bənzər çap mexanizminə malik teleqraf aparatı.

T. informasiyanı avtomatik olaraq qəbul edir və kağız lentə yazır.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

televiziya akademiyası

Teleradio işçi­­lərinin peşəkarlıq səviyyəsini, ixtisas də­­rəcəsini artırmaq, televiziya sənətinin in­kişafını stimullaşdırmaq, bu sahədə yeni ideyaları dəstəkləmək, habelə tamaşaçı auditoriyasını maarifləndirmək kimi məq­sədlərə xidmət edən ictimai-tədris müəs­sisəsi.

Jurnalistika terminləri lüğəti

televiziya filmi

Televiziya ilə göstərilmək üçün çəkilən, xüsusi struktura, este­ti­ka­ya, çəkiliş-montaj texnologiyasına malik film növü.

Kiçikölçülü ekranın texniki im­kanlarını və tamaşaçıların belə ekran­dakı təsvirləri qavrama özəlliyini nəzərə almaqla yaradılan T.F. bədii quruluşuna görə də ki­nofilmlərdən fərqlənir: burada ümu­mi planlardan az istifadə olunur, kadr­da təs­virin çox xırda detalları verilmir və s. T.F.-ləri, əsasən, videolentə çəkilir. Onlar bədii, sənədli, elmi-kütləvi və s. növlərə ayrılır. Televiziya təcrübəsində çoxseriyalı bədii T.F.-ləri (seriallar) geniş ya­yılıb.

Jurnalistika terminləri lüğəti

televiziya kanalı

1. Efirdə televiziya ya­yımının aparıldığı tezlik zolağı; ötü­rücüləri son məntəqədəki qəbuledici cihazlarla ­bir­ləşdirən texniki-texnoloji sistem.

Bu sis­temə proqramın mənbəyi (mikrofon), ötü­rücü, səsgücləndirici və nizamlayıcı qur­ğular, digər texniki vasitələr (qəbuledici anten, dinamik, səsucaldıcı və s.) daxildir.

2. Verilişlərin hazırlanması, çəkilişi və ya­yımlanması ilə məşğul olan televiziya təş­kilatı.  

3. Məzmununa, hədəf audito­ri­yasına və materialların təqdimat üsuluna görə fərq­lənən televiziya formatı; məs.: uşaq kanalı, tədris kanalı və s.

Həmçinin bax:

Jurnalistika terminləri lüğəti

televiziya məhsulları

Janrından və for­matından asılı olmayaraq televiziya kanalı ilə yayımlanmaq üçün hazırlanan bütün növ proqram və verilişlərin cəmi.

Jurnalistika terminləri lüğəti

televiziya mərkəzi

Teleproqramların ha­zırlanması ilə məşğul olan istehsalat vahidi, televiziya stansiyasının bir his­sə­si.

Adə­tən, T.M. studiya, texniki qurğular sistemi, gücləndirici enerji bloku və yardımçı sexləri özündə birləşdirən aparat-studiya komp­leksindən ibarət olur.

Jurnalistika terminləri lüğəti