Səs siqnalının (informasiya, musiqi və s.) müxtəlif üsullarla maddi daşıyıcıya yazılması, saxlanması, həmçinin sonradan səsləndirilməsini təmin edən proses.
S. – səsin kasetlərə, vallara, disklərə, çiplərə və s.-yə köçürülməsidir. S.-nın monofonik, stereofonik və kvadrofonik növləri var. Mexaniki, maqnit, lazer və s. səsyazma üsulları mövcuddur.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Yazılı mətnin bir xətti, söz və işarələrin bir xətt üzrə düzülmüş cərgəsi.
2. Jurnalistikada mətnin həcminin ölçü vahidi.
Qəzet və jurnal redaksiyaları, saytlar müəlliflərə yazı sifariş verərkən, adətən, onun həcmini əvvəlcədən işarə, söz və ya sətirlərlə məhdudlaşdırır. Bu həcm mətn üçün gələcək nəşrdə nəzərdə tutulmuş yerə görə müəyyənləşdirilir.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti1. Jurnalistin təbliğat məqsədilə, kimisə tərifləmək, yaxud ləkələmək üçün hər hansı mükafat müqabilində gizli tapşırıqla hazırladığı və yaydığı qərəzli məlumat, məqalə, veriliş.
2. Reklam sifarişçisinin tapşırığı ilə redaksiya əməkdaşı tərəfindən hazırlanmış məqalə, veriliş.
Gizli reklamdan fərqli olaraq belə materialların reklam xarakteri daşıdığı auditoriyadan gizlədilmir, onlar müvafiq səhifələrdə, müvafiq rubrikalar altında yerləşdirilir, yaxud efirə verilir.
Jurnalistika terminləri lüğəti1. Rabitə sistemində məlumatların ötürülməsi üçün istifadə edilən maddi informasiya daşıyıcısı.
Daşıyıcı rolunu informasiyanın xüsusiyyətlərinə uyğun olaraq parametrləri dəyişə bilən istənilən fiziki proses (işıq, səs, elektromaqnit dalğaları və s.) oynaya bilər. Televiziya və radio yayımında informasiyanın ötürülməsi üçün analoq və rəqəmsal S.-lardan istifadə olunur.
2. Hər hansı məlumatı, komandanı və s.-ni uzaqdan çatdırmaq üçün şərtləndirilmiş işarələr sistemi.
3. Hər hansı təşkilatın, yaxud şəxsin yol verdiyi qanun pozuntuları haqqında redaksiyaya daxil olmuş ilkin məlumat.
Jurnalistika terminləri lüğətifr. silhouette – Fransanın baş maliyyə nəzarətçisi Etyen de Siluetin adından
1. Fiqur və əşyaların əlavə detallarsız, yalnız kənar cizgilərinin birrəngli təsviri, qrafika texnikası növü.
Çap KİV-də, karikaturalarda, komikslərdə və s.-də bu texnikadan geniş istifadə olunur. Terminin etimologiyası maraqlıdır. 1750-ci illərin sonunda Yeddiillik müharibə zamanı Fransanın maliyyə naziri Etyen de Siluet hamını bədxərcliyə son qoymağa, o cümlədən varlıları dəbdəbəli portretlərə pul sərf etməməyə çağırırdı. Nazirin çağırışına cavab olaraq karikaturalardan birində onun profildən «qənaətcil» kölgəsi çəkilmişdi. Bundan sonra kölgə-portretləri «a la Silhouette» (Siluet sayağı) adlandırdılar.
2. Qaraltı; qaranlıqda, dumanda kölgə kimi görünən insan, əşya.
S. televiziya və kinoda işlədilən təsvir üsullarından biridir.
Jurnalistika terminləri lüğətiyun. symbiosis – birgə həyat
1. Müxtəlif elm, sənət sahələrinə, kommunikasiya sistemlərinə xas olan ifadə vasitələrinin, texnologiyaların bir fəaliyyət növündə, yaxud eyni əsərdə birləşdirilməsi.
Kommunikasiyada S. ideyası müxtəlif növ KİV arasında rəqabətin kompromis həllinə, texniki vasitələrdən, janr və materiallardan istifadə sahəsində qarşılıqlı bəhrələnməyə imkan yaradan geniş konsepsiyadır; məsələn, KİV-in keçirdiyi ekspert sorğuları, ekzit pollar – jurnalistika ilə sosiologiyanın, internet TV isə internet və televiziya texnologiyalarının S.-u kimi qəbul olunur.
2. Müxtəlif sahələrdə çalışan yaradıcı şəxslərin birgə fəaliyyəti və bu fəaliyyətin məhsulu.
S. fərdlərin birgə yaradıcılıq fəaliyyətinin elə bir formasıdır ki, bu zaman onlar qarşılıqlı surətdə bir-birindən yararlanır, bir-birini tamamlayırlar.
Jurnalistika terminləri lüğətiyun. symmetria – mütənasiblik
Bütöv bir şeyin hissələrinin onun mərkəzinə nistəbən mütənasib düzülüşü.
S. jurnalistikada həm mətnin, həm kadrın quruluşunda, qrafik təsvirlərdə, qəzet-jurnal səhifələnməsində geniş tətbiq olunan düzülüş qaydasıdır.
Həmçinin bax:
Jurnalistika terminləri lüğəti