ing. exit poll – çıxışda sorğu
Seçki məntəqələrinin çıxışında yenicə səs vermiş vətəndaşlarla keçirilən sorğu.
E.P.-lar kütləvi informasiya vasitələrində son dərəcə populyardır. Onların nəticələrini ümumxalq səsverməsinin rəsmi nəticələri ilə tutuşdurmaqla seçkilərin nə dərəcədə ədaləti olduğu barədə rəy vermək mümkündür. E.P.-un ixtirasında jurnalistikanın rolu heç də sosiologiyanın və politologiyanın rolundan az deyil. Tarixdə ilk belə sorğu keçirmiş mütəxəssislər arasında iki şəxsin adı çəkilir: Marsel van Dam və Uorren Mitofski. Danimarkalı siyasətçi və televiziya aparıcısı Marsel van Dam 1967-ci ilin fevralında ölkə parlamentinə seçkilərdə E.P. təşkil edib. Həmin ilin ikinci yarısında ABŞ-ın Kentukki ştatında qubernator seçkiləri günü CBS News kanalının bölmə rəhbəri Uorren Mitofski eyni texnologiyanı tətbiq edib.
See also:
Jurnalistika terminləri lüğəti